Türkiyədə bank Sıla Gençoğlunu döydüyü iddia olunan aktyorla əməkdaşlığı kəsib

Sıla Gençoğlu Fotonun müəllifi silagencoglu.com

Azərbaycanda da tanınan müğənni Sıla Gençoğlu sevgilisi aktyor Ahmet Kuraldan prokurorluğa şikayətindən sonra Yapı Kredi bankı aktyorla əlaqələrini dayandırdığını bildirib.

"Birləşmiş Millətlər Təşkilatının Qadın Haqları Prinsiplərinin imzaçısı olaraq, kommunikasiya işlərimiz də daxil olmaqla işimizin hər sahəsində cinsi bərabərliyin müdafiəçisi olduğumuzu bir daha ictimaiyətə sayğı ilə bildiririk", Yapıkredi bildirib.

Fotonun müəllifi YAPIKREDI

Ahmet Kural isə İnstagramda paylaşdığı yazıda özünə qarşı bəzi iddiaları qəbul etmədiyini, amma "başda Sıla olmaqla bütün qadınlardan üzr istədiyini" bildirib.

"Mən də sussam öncə özümə, sonra da bu ölkənin qadınlarına, şiddətə qarşı çıxan insanlarına haqsızlıq etmiş olacağam".

Bu sözləri Azərbaycanda da tanınan müğənni Sıla Gençoğlu cümə axşamı günü İnstagram profilində sevgilisi Ahmet Kuraldan şiddət görməsi ittihamı ilə prokurorluğa şikayət etdikdən sonra paylaşıb.

Şikayətdə iddia edilir ki, müğənni sevgilisindən zərbə, zorakılıq və psixoloji şiddət görüb.

"Bugün evdə yaşanmış hücum, zorakılıq, psixoloji şiddət, təhqir və təhdid əsasında ifadə verildi", Sılanın vəkili Rezan Epözdemir müğənni ilə birgə İstanbul Ədalət Sarayında ifadə verdikdən sonra jurnalistlərə deyib.

Vəkilin sözlərinə görə, üç ay qoruma qərarı çıxarılıb. Qoruma qərarında evdən və işdən uzaqlaşdırma, ictimai nəqliyyatda narahat etməmək nəzərdə tutulub.

"Qoruma qərarı dünən çıxıb, hələ ki, hansısa pozuntu yoxdur" deyən vəkil, davranış həbsinin gerçəkləşməməsi üçün pozuntuya yol verilməyəcəyinə ümid etdiyini deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş