Pişiklərin yerinə şirlər. Avropalılar niyə vəhşi heyvan saxlayırlar?

Двухмесячный львенок Fotonun müəllifi Getty Images

Polisləri təəccübləndirmək çətindir. Onlar müxtəlif səbəblər üzündən ən gözlənilməz yerlərdə gizlənən insanları tapmağa adət ediblər. Lakin bu yaxınlarda Parisdə baş verən hadisə hətta polisləri belə təəcübləndirib.

Onlar Paris mənzillərindən birində şir balasını çarpayıda, onun sahibini isə şkafda aşkar ediblər. 30 yaşlı Paris sakini qeyri-qanuni heyvan ticarətində şübhəli bilinir. Lakin bu, son vaxtlarda Avropada şirlərin aşkar edildiyi ilk hadisə deyil.

Ötən il polis Paris mənzillərndən birində həddən artıq zəifləmiş bir şir balasını aşkar etmişdi. Niderlandda isə hüquq-mühafizə orqanları əməkdaşları sahəyə tullanmış içində şir balası olan qəfəs tapıblar.

Nə baş verir? Avropada niyə bu vəhşi heyvanları tapmağa başlayıblar? BBC jurnalistləri izahat üçün vəhşi təbiətin müdafiəçilərinə müraciət ediblər.

Şirlər Avropaya necə gəlir?

Polisin və ekspertlərin məlumatına görə, şəxsi heyvanxanalarda və Avropa mənzillərində qeyri-qanuni saxlanılan şirlər çətin ki vəhşi təbiətdə doğulub.

"Çox güman ki, onlar Avropada əsirlikdə doğulublar. Onların xüsusi sahibkarlara, məsuliyyətssiz heyvan təlimçilərinə, qeyri-qanuni heyvanxanalara və sirkə məxsus olmaları mümkündür",-deyə Canlıların Beynəlxalq Müdafiə Fondunun vəhşi təbiət üzrə eksperti Lois Lelanchon deyir.

Fotonun müəllifi Getty Images
Image caption Bu şir balasını Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətiriblər

Ekspertin sözlərinə görə, vəhşi ekzotik canlının körpəsini Afrika və ya Asiyadan çıxarmaq kifayət qədər çətin və riskli işdir.

Ona görə ki, hazırda gömrük xidmətinin əməkdaşları yaxşı təlimatlandırılıb və onlar belə cəhdlərin qarşısını almağı bacarırlar.

Lakin insanların hava limanı sərhədi nəzarəti ərazisindən "böyük pişik" və ya digər vəhşi canlını keçirmək cəhdləri barədə bir sıra hadisələr məlumdur.

Traffic vəhşi təbiətin ticarəti monitorinq xidmətindən olan Richard Thomas bir qədər əvvəl Avropada tapılan şirlərin əsirlikdə doğulmaları fikriylə razıdır. Amma o, onların digər ölkələrdən gətirilməsinin mümkünlüyünü də istisna etməyib.

"Həqiqətən elə hallar olur ki, hava limanında canlıları görmürlər. Bəzi ölkələrdə gömrük əməkdaşları bu cür yükləri "görməməkdə" maraqlı olurlar", Richard Thomas deyir.

Alıcı kimdir?

Bir qayda olaraq onlar kifayət qədər varlı insanlardır. Parisdəki şkafda gizlənən şübhəli şəxs şiri sosial şəbəkələr vasitəsilə 10 min avroya (təqribən 11 min 500 dollar) satmağa cəhd göstərib.

"Böyük ehtimalla alıcı, şiri ev heyvanı kimi saxlamaqla özünü güclü və məğlubedilməz hiss edəcəyini fikirləşən biri ola bilərdi. Bir qayda olaraq bu cür heyvanları saxlayanlar varlı olurlar, gücə sahib olurlar və özlərini qanundan yüksəkdə tuturlar, ya da ki cinayət dünyasında avtoritet olurlar", - Richard Thomas deyir.

Fotonun müəllifi Getty Images
Image caption Al Pacino-nun qəhrəmanı "Çapıqlı üz" filmində evdə şir saxlayırdı

Richard Thomas-ın sözlərinə görə, vəhşi heyvanların bu cür qəbul edilməsində kinomatoqrafiyanın təsiri az olmayıb.

"Çapıqlı üz" filmində Al Pacino-nun ev pələngini və ya "007:"Skyfall" koordinatları" filmindəki Javier Bardem-in canladırdığı pis oğlanın komodo kərtənkələsini xatırlayın", deyə Richard Thomas xatırladır.

2009-cu ildə İtaliya polisi mafiya qruplaşması başçısının evindən ev heyvanı qismində saxlanılan timsahı müsadirə edib. Lakin, Lois Lelanchon-un sözlərinə görə çox vaxt insanlar bayağı cəhalət üzündən vəhşi heyvana sahib olmaq istəyirlər.

"Bu insanlar düşünürlər ki, şirlər çox sevimli, ekzotik və qeyri-adi heyvanlardır. Lakin onlar heyvanların həyatın digər şərtlərinə ehtiyacları olduqlarını və şir kimi vəhşi heyvanı saxlamağa qərar verən zaman təhlükəsizlik məsələlərini nəzərə almırlar", deyə Lelanchon deyir.

Fotonun müəllifi NurPhoto via Getty Images
Image caption Adi pişiklər ev heyvanı qismində bəzilərinə artıq kifayət etmir

Şiri niyə saxlamalı - çox da yaxşı ideya deyil?

İlkin olaraq onu demək lazımdır ki, bu vəhşi heyvanlar insan həyatı üçün təhlükəlidir.

"Neçə əsrlərdir ev heyvanı olan itlərdən fərqli olaraq bu vəhşi heyvanlar ev heyvanı deyillər və onlar əsarətdə yetişməyiblər. Ona görə də, hətta siz onu erkən yaşlarından belə saxlasanız onları ram etmək mümkün deyil",-deyə Richard Thomas deyir.

"Vəhşi heyvanlar vəhşi olaraq qalır və təhlükəli ola bilərlər. Onlar həmçinin öz sahibləri və onun yaxınları üçün də təhlükəlidirlər, xüsusilə əsarətdən qaça bilsələr",-o deyir.

Fotonun müəllifi Getty Images
Image caption Vəhşi heyvan sahibləri çox vaxt heyvanlar böyüyən zaman onlardan xilas olmağa cəhd edirlər. Ya da ki heyvanlar özləri qaçmağa qərar verirlər

Həqiqətən bu cür vəhşi heyvanlar adətən öz sahiblərindən qaçırlar. 2011-ci ildə Ohayo ştatının polisi öz sahiblərindən qaçan bir neçə ayını, canavarı, pələngi və şiri güllələməyə məcbur olmuşdu.

Diqqətə alınası daha bir vəziyyət heyvanlarının ehtiyacı olan yaşayış şəraitidir.

"Şəxsi heyvanxana sahiblərinin çoxu vəhşi heyvanlar üçün lazım olan şəraiti yarada bilmirlər. Məsələn, şirlər itin yediyi yeməkləri yemirlər və onlara daha böyük ərazi lazımdır",-deyə Lelanchon deyir.

Heyvanların başına nə gəlir?

Bir çox heyvan sahibləri onlar böyüyəndə və idarəolunmayan zaman onlardan imtina edirlər. Richard Thomas Niderlandda bu yaxınlarda baş verən hadisəni misal gətirib.

Fotonun müəllifi AFP
Image caption Bu şir balası Niderlandın Utrext vilayətində tapılıb

Bəzən elə hallar olur ki, vəhşi heyvanın sahibi könüllü şəkildə onu şəhər rəhbərliyinə təslim edir. Lakin Lois Lelanchon-un sözlərinə görə, heyvan sahibinə müvafiq ittihamlar irəli sürüləcəyinə görə, belə hadisələr çox nadir hallarda baş verir.

Polis isə sahibi tərəfindən tərk edilən vəhşi heyvanı tapan zaman ilk növbədə onun vəziyyəti ilə maraqlanır.

"Heyvanlar sahibindən alınan zaman onların sağlamlığını qiymətləndirmək və həmçinin onun necə təhlükə yarada biləcəyini anlamaq üçün ilk növbədə veterinar nəzarətindən keçirilir", - ekspert deyir.

"Əgər heyvan sağlamdırsa, polis onu müvəqqəti saxlamaq üçün yer axtarır. Bu vəhşi təbiət mərkəzi, heyvanxana və təbiət qoruğu ola bilər", Lelanchon deyir.

Fotonun müəllifi Getty Images
Image caption Heyvanlar vərdiş etdikləri mühitə qayıtmalıdırlar

Heyvanlar onların azadlığa buraxılacaqları yer tapılana qədər müvəqqəti yerləşdirmə mərkəzində qalır. Ötən il Paris mənzillərindən birində tapılan şir balasıyla da bu cür davranılıb.

Heyvan tapılan zaman çox zəif olub. Şir balasını müalicə ediblər, yedizdiriblər və bir qədər sonra Cənubi Afrikadakı təbiət qoruğunda azadlığa buraxıblar.

Bu barədə daha geniş