Evi çirklənmədən necə qoruyaq?

havada toz Fotonun müəllifi Getty Images
Image caption Ekspertlər deyir ki, qapalı məkandakı hava, çöldəki havanın çirkindən əlavə, yemək bişirərkən ayrılan tüstü, təmizlik məhsulları və inşaat materiallarının tozları ilə doludur.

Evdəki çirklənmə adətən çöldəkindən iki-beş dəfə daha çoxdur, ABŞ Ətraf Mühitin Qorunması Agentliyi belə deyir. Xoşbəxtlikdən vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən üsullar var. Sizə əsas beş yolu təqdim edirik.

Dünyanın hər tərəfində çirkli hava hər il yeddi milyon nəfərin ölməsinə səbəb olur. Görünür ki, bundan qaçış yolu yoxdur.

Adicə nəfəs almaqla on nəfərdən doqquzu ürəktutması, tənəffüs yolu infeksiyaları və ağ ciyər xərçəngi kimi risklərlə qarşılaşır.

Bu mikroskopik çirkləndiricilər hər yerdədir, xüsusilə də evdə və bizə ziyan vurmağa davam edir.

ABŞ Ətraf-Mühit Qorunması Agentliyinin apardığı araşdırmaya əsasən, evdəki çirklənmə adətən çöldəkindən iki-beş dəfə daha çoxdur.

"Ev və ya istənilən qapalı məkandakı hava, çöldəki havanın çirkindən əlavə, yemək bişirərkən ayrılan tüstü, təmizlik məhsulları və inşaat materiallarının tozları ilə doludur," dünya üzrə tikililərə filtr texnologiyası quraşdıran Airlabs adlı şirkətin baş elmi işçisi Matthew S Johnson deyir.

Xoşbəxtlikdən vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən üsullar var.

Sizə əsas beş yolu təqdim edirik:

1. Ventilyasiyanı yaxşılaşdırın

Pis havalandırma çirkəndiricilərin havada qalmasını təmin edir.

Hindistanın Enerji və Resursları İnstitutundan (TERI) R Suresh deyir ki, ventilyasiya əsnasında içəri təmiz hava daxil olur.

"Allergiya və ya kəskin hava şəraitindən əziyyət çəkmirsinizsə, hər gün ən az iki-üç dəqiqə pəncərə və qapılarınızı açın."

Əks halda filtrli kondisioner sistemi vasitəsilə içərini havalandıra bilərsiniz.

Yemək bişirən və vanna qəbul edən əsnada aspiratorunuz varsa, mütləq işə salın.

Fotonun müəllifi Getty Images
Image caption Ev bitkisinin bahalı olması mütləq deyil. Bir budağı dostlarınızdan götürüb əkə bilərsiniz

2. Evinizi ev bitkiləri ilə doldurun

Bahalı hava filtrlərinə gücünüz çatmır? Əvəzində çoxlu ev bitkisi alın.

Bəzi bitkilər havadan toksinləri hopmaq gücünə qadirdir və "evdəki çirklənməyə qarşı qənaətli və ümidverici çarədir", R Suresh deyir.

Bəzi skeptiklər isə deyirlər ki, bu nəzəriyyəni dəstəkləyən araşdırma yoxdur. Ən azından bitkilər gözlərinizi oxşaya bilər.

Ev bitkilərindən başı çıxmayanlar üçün qısa bir siyahı təqdim edirik:

• Areca Palması: Bu evdə ən rahat böyüyən palma ağaclarından biridir. Nasa-nın Təmiz Hava Araşdırmasında yüksək qiymətləndirilib.

Əsas faydası: CO2-ni udur

• Şeytan sarmaşığı/Pul bitkisi: Bu ev sarmaşığını böyüdüb, saxlamaq asandır.

Əsas faydası: Sintetik boya və ya xalçalardan havaya qalxan Uçucu Üzvi Birləşmələri (UÜB) təmizləməyə kömək edir.

• Dragon ağacı (palma növü): Şərqi Afrikadan gələn bu ev bitkisi, adətən evlər və ofisləri bəzəmək üçün istifadə olunur.

Əsas faydası: Benzol, formaldehid, toluol və ksilol kimi zəhərli UÜB-ləri azaltmaq üçün yaxşı vasitədir.

• İlan bitkisi: Bu çiçək açan bitkini tez-tez sulamaq lazım deyil, xüsusilə də qış aylarında.

Əsas faydası: CO2-ni tam udur, əsasən də gecə vaxtı. Formaldehidi aradan qaldırmağa kömək olur və oksidləşmiş azotu sovurur.

R Suresh-ə görə, seçdiyiniz bitkidən asılı olmayaraq, bir şeyi yadda saxlamaq lazımdır: "Ev bitkiləri təbii hava təmizləyicisidir, buna görə də onları sağlam saxlamaq vacibdir.

Fotonun müəllifi EPA
Image caption Evdəki çirklənmə adətən çöldəkindən iki-beş dəfə daha çoxdur, ABŞ Ətraf-Mühit Qorunması Agentliyi belə deyir.

"Əks halda onlar da havaya bioloji çirkəndiricilər buraxarlar."

3. İyləri eko üsulla təmizləyin

Əvvəl qeyd etdiyimiz UÜB-lərin nə qədər zərərli olduğunu bilirsinizmi? Həmin kimyəvi maddələr hər dəfə süni ətirdən istifadə etdikcə yayılır.

Görünən odur ki, onlar hava ilə reaksiyaya girə və potensial təhlükəli kokteyl yarada bilərlər.

Məsələn, non-eko ev təmizləyici maddələrdən formaldehid ayrılır, o da hava ilə birləşdikdə xərçəng ilə əlaqəli maddə formalaşır.

Ətirsiz camaşır məhsullarından istifadə etməyə başlayın və aerozol spreylərdən qaçın. Buraya deodorantlar, xalça təmizləyici məhsullar və hava spreyləri daxildir.

Mətbəxdə təravətli təsir yaratmaq üçün isə R Suresh, limon dilimləri və soda məsləhət görür.

4. Evdə siqaret çəkməyi qadağan edin

Siqaret çəkmək özü elə sağlamlıq üçün təhlükədir, evdə çəkməyə isə qətiyyən yox demək lazımdır.

Üst-üstə gələn tüstü içəridəki havanın keyfiyyətinə ciddi təsir göstərə bilər, xüsusilə də zəif havalandırılan hissələrdə.

Siqaret qoxusunu ciyərlərə çəkmək də mühüm xəstəliklər riski daşıyır.

Tütün tüstüsü qəbul edən körpələrdə qəflətən uşaq ölümü riski yuxarı olur.

5. Allergenlərdən qurtulun

Polen hissəcikləri və tozcuqlar astma, tozcuq allergiyası və digər növ allergiyalar kimi xəstəlikləri kəskinləşdirə bilər.

Evdəki əlavə nəmişlik kiflənmə yaradır ki, bu da immun sistemi zəif olan insanlarda ağciyər infeksiyalarına səbəb olur.

Mütəxəssislər aşağıdakı sadə üsulları məsləhət bilirlər:

•Yatağınızı tez-tez təmizləyin.

•Havadan nəmi ayıran cihazlardan (dehumidifier) istifadə edin.

•Xalçalarınızı təmizləyin - yaxşı olar ki, aşağı emissiyalı tozsoranlara üstünlük verəsiniz.

•Əgər paltarları evdə qurutmaq məcburiyyətindəsinizsə, açıq pəncərə qırağını seçin.

•Çöldəki çirkələndiricilərin içəri daxil olmasının qarşısını almaq üçün qapının ağzına ayaqaltı sərin.

Bu barədə daha geniş