Mərakeşli qadın sevgilisini öldürəndən sonra bişirib və ətini pakistanlılara verib

Kişinin ətindən buna bənzər millik yemək hazırlanıb Fotonun müəllifi Alamy
Image caption Kişinin ətindən buna bənzər milli yemək hazırlanıb.

Birləşmiş Ərəb Əmirliklərində yaşayan mərakeşli qadın sevgilisini qətlə yetirməkdə və onun ətini pakistanlı fəhlələrə yedizdirməkdə ittiham olunur, prokurorlar bildirir.

Günahını boynuna alan qadın deyib ki, hadisənin baş verdiyi anda "ağlı başında olmayıb", rəsmi The National qəzeti xəbər verir.

İstintaq bildirir ki, hadisə üç ay əvvəl baş versə də, cinayətin üstü bu yaxınlarda, mənzildəki blenderdə insan dişinin tapılmasından sonra açılıb. DNT analizi onun öldürülmüş şəxsə mənsub olduğunu üzə çıxarıb.

30 yaşlarında olan qadın araşdırmanın başa çatdıqdan sonra məhkəmə qarşısına çıxarılacaq.

The National qəzetinə əsasən sevgilisi ona başqası ilə evlənmək niyyətində olduğunu deyəndən sonra qadın onu öldürüb.

Cütlüyün münasibətləri 7 il davam edib.

Polis kişinin necə öldürüldüyünü açıqlamasa da, bildirir ki, onun ətindən hazırlanmış milli yemək növü yaxınlıqda işləyən pakistanlı işçilərə yedizdirilib.

İttiham edilən qadın psixiatriya ekspertizasına göndərilib.

Bu barədə daha geniş