Bu şəkli tərpənən görürsünüzsə, bu sizin stresli olmağınız deməkdirmi?

Optik illyuziya Fotonun müəllifi ISTAGRAM/YURYFROM
Image caption Mən bu optik illüziyanı 2016-cı ilin 26 sentyabrında Adobe Illustrator proqramında yaratmışam, rəsmin müəlllifi Yuri Perepadiya yazır

Əgər son vaxtlar Twitter-də olmusunuzsa, yəqin ki, bu illüziyanı görmüsünüz.

Əslində bu şəklə baxan bir çox adamlara belə gəlir ki, təsvir hərəkət edir.

Hərçənd şəkil tamamilə hərəkətsizdir. Vahiməlidir, elə deyilmi.

Amma tvitlərə görə (onlardan Tumblr-ə aid olan bir post artıq silinib) bu adi bir illüziya deyil.

Postlarda deyilir ki, bu şəklin hərəkət sürəti sizin nə dərəcədə stresli olduğunuzu göstərir.

Bəziləri deyir ki, bu şəkli yapon nevrologiya professoru Yamamoto yaradıb və aşağıda belə bir təlimat yazıb:

"Əgər bu şəkil tərpənmirsə və ya yavaşca tərpənirsə, deməli, siz sağlamsınız və yaxşı yatmısınız. Əgər yüngülcə tərpənirsə, deməli bir qədər stresli və ya yorğunsunuz. Əgər şəkil davamlı tərpənirsə, deməli həddindən artıq stresslisiniz və ya ruhi probleminiz var".

Amma bu tamamilə saxta bir iddiadır.

Şəkli yaradan

Şəkli əslində Oleksandriya şəhərindən 50 yaşlı ukraynalı dizayner Yuri Perepadiya yaradıb.

O, bu şəkli 2016-cı ildə iki saatın ərzində hazırlayıb. Perepadiya israr edir ki, bunun streslə heç bir əlaqəsi yoxdur.

Yuri BBC 3 telekanalına deyib ki, ilk dəfə bu saxta postu Facebook-da görüb, amma sonradan şəkil geniş yayılıb:

"Bu məni qıcıqlandırırdı. Hər şey bir yana, bu müəlliflik hüququmun pozulması idi. Ona görə də bu postların yığışdırılmasını tələb edən məktublar yazdım".

Amma Yurinin bütün səylərinə baxmayaraq şəkil Twitter-də paylaşılmaqda davam edirdi.

Buna görə də Yuri qərara gəlib ki, bu barədə Instagram platformasında yazsın:

"Mən bu optik illüziyanı 2016-cı ilin 26 sentyabrında Adobe Illustrator proqramında yaratmışam. Bunu yaratmaq üçün Akiyoshi Kitaoka adlı effektdən istifadə etmişəm... Baxışın fokusunu hərəkətə gətirən arxa fondakı ağ və qara haşiyələrdir. Buna görə baxanlara elə gəlir ki, şəklin detalları hərəkət edir".

Yəqin ki, Akiyoshi Kitaoka adını eşidəndə qulağınız cingildədi. Bu həmin Kitaokadır ki, qəfəsin üstündə 12 qara nöqtəni təsvir edən illüziya yaratmışdı.

Yuri bu şəkil haqqında sosial mediada yazandan sonra bir az rahatlıq tapıb ki, adamlar stres iddialarının saxta olduğunu nəhayət başa düşüblər.

Yeri gəlmişkən, optik illüziyalar stresli olmağınızı bilməyin heç də ən yaxşı vasitəsi deyil.

Əgər ruhi sağlamlığınızdan narahatsınızsa, mütəxəssisə müraciət edin.

Bu, özünə Twitter-də özünüzə diaqnoz qoymaqdan yaxşıdır.

Bu barədə daha geniş