Qucaqlaşan kərtənkələlər, gizlənpaç oynayan bayquş və daha nələr

Bu il canlı aləmdə gülməli anları əks etdirən fotoşəkillər müsabiqəsində (Comedy Wildlife Photography Awards - 2018) əsas mükafata şoka düşmüş sincabın fotosu layiq görülüb.

Floridadan olan Mary McGowan-ın fotosu belə adlandırılıb: "Hadisə başında tutulan".

Təqdim olunmuş şəkillər arasında əsəbiləşmiş ayı, gülümsəyən köpəkbalığı və qucaqlaşan kərtənkələlər də var.

Mükafatlananfotolar

Fotonun müəllifi Mary McGowan/CWPA/Barcroft Images
Image caption Mary McGowan-ın şoka düşmüş sincabın fotosu. O müsabiqənin qalibi olub, eləcə də Tamaşaçı seçimi və Qurudakı canlılar kateqoriyalarında mükafatlara layiq görülüb.
Fotonun müəllifi Shane Keena/CWPA/Barcroft Images
Image caption Shane Keena Havadakı canlılar kateqoriyasında mükafata layıq görülüb - bu şəkildə bayquş, deyəsən, gizlənpaç oynadığı zaman çəkilib.
Fotonun müəllifi Tanya Houppermans/CWPA/Barcroft Images
Image caption Kamera üçün gülümsə! - Tanya Houpperman, Dəniz dibində kateqoriyasında göy köpəkbalığının bu şəklinə görə mükafata layiq görülüb.
Fotonun müəllifi Arshdeep Singh/CWPA/Barcroft Images
Image caption Təəccüblənmiş bayquş - bu Hindistanın Kapurtala bölgəsində çəkilib. Fotonun müəllifi Arshdeep Singh Gənclər kateqoriyasında mükafata layiq görülüb.
Fotonun müəllifi Valtteri Mulkahain/CWPA/Barcroft Images
Image caption Valtteri Mulkahainen Heyranedici fotolar kateqoriyasında Finlandiyada çəkilmiş qonur ayılar ailəsinin fotosuna görə mükafata layiq görülüb.

"Tərifə layiq" fotolar

Fotonun müəllifi Kallol Mukherjee/CWPA/Barcroft Images
Image caption Tovuz quşunun lələklərini taxmış kimi görünən kərgədan. Hindistanın Gorumara Milli Parkında Kallol Mukherjee tərəfindən çəkilmiş bu foto yüksək tərifə layiq görülüb.
Fotonun müəllifi Danielle D'Ermo/CWPA/Barcroft Images
Image caption Əsəbiləşmiş ayı - bu fotonu Danielle D'Ermo Alyaskada çəkib.
Fotonun müəllifi Roie Galitz/CWPA/Barcroft Images
Image caption Fotoqraf peşəsinə yiyələnmək istəyən bu ağ ayını Roie Galitz Svalbard-da lentə alıb.
Fotonun müəllifi Geert Weggen/CWPA/Barcroft Images
Image caption Bu sincabsa şpaqat edən zaman Geert Weggen tərəfindən çəkilib.
Fotonun müəllifi Barney Koszalka/CWPA/Barcroft Images
Image caption Bir sığır o biri sığıra dilini göstərir - bu foto Barney Koszalka tərəfindən ABŞ-ın Wyoming ştatında çəkilib.
Fotonun müəllifi Sergey Savvi/CWPA/Barcroft Images
Image caption Tanqo üçün iki kərtənkələ lazımdır - bu şəkil Sergev Savv tərəfindən Şri Lanka-nın Wilpattu məntəqəsində çəkilib.
Fotonun müəllifi Sergey Savvi/CWPA/Barcroft Images
Image caption Sergey Savvi-nin Tailandın Kaeng Krachan Milli Parkında çəkdiyi şəkil: İki meymunun dramatik savaşı.

Bu barədə daha geniş