Sizə qışı keçirməyə kömək edəcək 5 ritual

Donmuş çayın üzərində qadın Fotonun müəllifi Getty Images
Image caption Qışda çöldə soyuq və qaranlıq olan zaman oyanmaq, özünü yataqdan qalxmağa məcbur etmək çox çətindir.

Biz hamımız sakit və stressdən uzaq həyat yaşamaq istəyirik, xüsusilə qışda. Küçədə soyuq və narahatlıq olan zaman günlər qısa olur.

Belə günlərdə iş və özünə qayğı arasında düzgün balans tapmaq xüsusilə çətindir.

Sağlamlıq mütəxəssisləri - Nadia Narain və Katia Narain Phillips deyirlər ki, əgər biz gündəlik həyatda çox sadə rituallara riayət etsək, bu bizə müasir həyatın sürətini azaltmağa kömək edər və biz günün ortasında özümüzə vaxt ayıra bilərik.

Fotonun müəllifi Kim Sion
Image caption Nadia və Katia Narain bacıları deyirlər ki, əgər biz gündəlik həyatda sadə rituallara əməl etsək, vaxtın qaçmağı zəifləyəcək

Nadia Narain və Katia Narain Phillips bacıları "Gündəlik rituallar" kitabının müəllifidirlər.

Onlar kitabda ilin soyuq vaxtlarında stressdən necə qaçmaq və ruh tarazlığının qayğısına qalmaq barədə məsləhətlərini bölüşürlər.

1) Bir fincan qəhvə ilə meditasiya

Müasir həyatda özünlə baş-başa qalmaq üçün vaxt tapmaq çox çətindir.

Xüsusilə bu səhərlər daha çətin olur.

Fotonun müəllifi Getty Images
Image caption Səhər işlərinin növbəsi zamanı fasilə edin və fikirlərinizi cəmləyin. Bu sizə qarşıdakı günə uyğunlaşmağa kömək edəcək.

Lakin çıxış yolu vardır: sadəcə səhər qayğıları ilə məşğul olan zaman, bir neçə dəqiqəliyinə də olsa, hər şeydən uzaq olmaq lazımdır.

Məsələn, çaydanda suyun qaynamasını gözləyən zaman çoxsaylı səhər işlərinə keçməkdənsə, bu dəqiqələri düşünməyə sərf edin.

Bu o deməkdir ki, siz həmin anda heç bir şey etmirsiniz və öz fikirlərinizlə baş-başa qalırsınız.

Evdə olan zaman biz ətraf dünyada baş verənlərlə bağlı düşünürük, lakin çox nadir hallarda öz daxilimizə nəzər yetiririk.

Əgər biz hər səhərlər, ruhumuzun qayğısına qalmaq üçün bir neçə dəqiqəmizi sərf etsək, bizim günümüz yaxşı tərəfə kəskin şəkildə dəyişə bilər.

Bizim hisslərimiz və ətrafda baş verənlərə münasibətimiz dəyişəcək.

Fotonun müəllifi Getty Images
Image caption Özünə və ətrafında baş verənlərə münasibət şübhəsiz ki, sizin gün ərzində özünüzü necə hiss etməyinizə təsir göstərir.

2) Əvvəlcə çarpayını sahmana salın

Bu, bizim üçün mühüm olmayan kiçik rituallardan biridir.

Lakin bu rituallar bizim hisslərimizə və gün ərzindəki əhvalımıza təsir göstərə bilər.

Çarpayını və yataq otağını sahmana salmaqla siz özünəhörmət və özünə qayğı nümayiş etdirirsiniz.

Özünüzə və əhatənizdə olan şeylərə bu cür münasibət sizin gün ərzində özünüzü necə hiss etməyinizə şübhəsiz ki təsir göstərir.

Bundan başqa axşam səliqənin və rahatlığın hökm sürdüyü yataq otağına qayıtmaq xoş təsir bağışlayacaq.

Bu çöldə soyuq və qaranlıq olan zaman xüsusilə vacibdir.

Fotonun müəllifi Getty Images
Image caption Evə gəldiniz - paltarınızı dəyişin!

3) İşdən sonra paltarınızı dəyişin

İşdən evə gələn zaman çox güman ki dərhal ev işlərinə başlayırsınız.

Yemək hazırlamağa və ya uşaq otağına keçirsiniz.

Bununla siz ev paltarınızı geyinərək özünüzü daha rahat hiss etmək şansını qaçırırsınız.

Evdə keçirdiyiniz axşamdan daha çox zövq almaq üçün işdən gələn kimi ilk işiniz ofis paltarını ev paltarına dəyişmək olmalıdır.

Fotonun müəllifi Getty Images
Image caption Soyuq qış günlərində isti vanna qəbul etmək çox xoşdur.

4) Şamlar əhatəsində vanna qəbul edin

Vanna qəbul etmək həyəcan və qayğı dolu günün sonunda sakitləşmək və rahatlamaq üçün əla vasitədir.

Qış vaxtı isinməyə kömək edən isti vanna daha xoş təsir bağışlayır.

Şamlar əhatəsində yarıqaranlıq xoş ab-hava yaradır və sizi vanna otağını kitab oxumaq və ya skrabla özünü sürtmək üçün bir yer etmək arzusundan xilas edir.

Suya duz və ya bir neçə damcı efir yağları əlavə etmək heç də pis olmaz.

Fotonun müəllifi Getty Images
Image caption Başqalarına kömək etməklə siz qiyməti olmayan təcrübə qazanırsınız və bu yolla öz qayğınıza qalırsınız

5) Səxavətli olun

Bir şeyi kiminləsə bölüşdüyünüz zaman, nə qədər qəribə səslənsə də bu yolla öz qayğınıza qalırsınız.

Başqalarına kömək şəxsi təcrübənin sərhədini aşmağa və dünyanı tanımağa kömək edir.

Hansısa xeyriyyə fonduna pul köçürmək ehtiyacı olanlara kömək üçün yaxşı vasitədir. Eyni zamanda bu fəaliyyət sizin üçün də faydalı olacaqdır.

Lakin siz sadəcə xeyriyyə təşkilatına və ya ehtiyacı olanların hesabına pul köçürən zaman özünüzü insanlarla ünsiyyətdən və demək ki, çox vacib təcrübədən məhrum edirsiniz.

Lazım olan zaman bu pulları ehtiyacı olanlara vermək üçün cibinizdə xırda pullar saxlamaq vərdişi yaradın.

Əgər siz hansı səbəbdənsə pul ianə edə bilmirsinizsə, əlinizdə olanla niyə də bölüşməyəsiniz ki?

Məsələn, evsizə isti corab vermək və ya yaşlı adamın evində səliqə-sahman yaratmaq olmazmı?

Xeyirxah işlər sizə həyatda nəyin əsasən qiymətli olduğunu dəyərləndirməyə kömək edəcək.

Bu barədə daha geniş