2019-cu ilin yazında nə dəbdə olacaq?

L-R: Givenchy, Dolce + Gabbana, Escada, MSGM, Balmain Fotonun müəllifi Getty Images
Image caption Gələn ilin yazında dəbdə olacaq moda təmayülləri

Şarfla jaketinizi uyğunlaşdırmaqdan və hər bir geyiminizi termal leqqinslə ahəngləşdirməkdən yorulmusunuzsa narahat olmayın - kömək yaxındadır.

Moda sənayesi belə qurulub ki, dizaynerlər öz kolleksiyalarını mağazalara təhvil verməyə bir ay qalmış nümayiş etdirirlər. Buna görə də 2019-cu ildə nəyi geyinəcəyimizi əvvəlcədən bilmək mümkündür.

Bu yaxınlarda keçirilən London, Paris və New York Moda həftələrində ən böyük maraq doğuranlar arasında açıq mavi, çarpışan naxışlar, çəhrayı smokinq, solğun boya ilə cins olub.

Qarşıdan gələn bu dəb təmayüllərinə hazır olmaq üçün siz müvafiq geyim növlərini artıq seçməyə başlaya bilərsiniz.

Açıq mavi

Fotonun müəllifi Getty Images
Image caption Soldan sağa: Alice + Olivia, Marc Jacobs, Givenchy və Roland Mouret

Ötən yaz mövsümündə solğun bənövşəyi rənglər seçilirdisə, hazırda üstünlük açıq mavi çalarlarına verilir.

New York Moda Həftəsində Alice + Olivia şirkəti açıq mavi, çin naxışları və bulud rənglərinin qarışığını nümayiş etdirib.

Givenchy isə həmin rənglərlə birlikdə 2019-cu ilin daha bir mütləq dəbi - büzmə parçadan istifadə edir.

Podiumda yeni dəbə girən rənglərin əsasən donlarda istifadə olunub. Lakin moda evləri kofta ilə ətəklərdə də yeni seçimlərin tətbiqindən çəkinmirlər.

Podiumda nümayiş etdirilənlər: Alice + Olivia, Marc Jacobs, Ph5, Givenchy, Alexa Chung, Roland Mouret, Rejina Pyo.

Çarpışan naxışlar

Fotonun müəllifi Getty Images
Image caption Soldan sağa: Dolce & Gabbana, Diane von Furstenberg, Versace, Self-Portrait

Bu dəbə bir qədər ehtiyatlı yanaşmanı başa düşmək olar. Çünki çarpışan naxışlar hamının zövqünə uyğun olmaya da bilər.

Dolce & Gabbana və Versacenin parlaq rənglər və gözə çarpan aksesuarları bəzilərini təəccübləndirə bilər.

Hərçənd ki, Diane von Furstenberg və Self-Portrait şirkətlərinin daha mülayim rəng seçimi yeni dəbin gündəlik həyatla necə uzlaşdığını göstərir.

Podiumda nümayiş etdirilənlər: Dolce & Gabbana, Balenciaga, Versace, Roberto Cavalli, Preen by Thornton Bregazzi, Paco Rabanne, Louis Vuitton, Michael Kors, Carolina Herrera, Self-Portrait və Diane von Furstenberg.

Çəhrayı smokinq

Fotonun müəllifi Getty Images
Image caption Soldan sağa:: Escada, Sies Marjan, Gabriela Hearst, Boss

Belə görünür ki, 2019-cu ilin yaz mövsümündə təntənəli ziyafət donlarının rəqibi meydana çıxıb - çəhrayı smokinq.

Sies Marjan özünün yeni smokinqi üçün daha tünd qırmızı rəngini təklif edir. Bədənə kip oturan smokinqlər podiumlarda olduqca populyar və mövsümün ən çox rast gəlinən geyim növləridir.

Onlar arasında Gabriela Hearst və Boss şirkətinin kostyumları mülayim çalarları ilə seçilir.

Podiumda nümayiş etdirilənlər: Escada, Sies Marjan, Gabriela Hearst, Emporio Armani, Gucci, Balenciaga, Roksanda, Peter Pilotto və Boss.

Solğun rənglər

Fotonun müəllifi Getty Images
Image caption Soldan sağa:: Calvin Klein, Prada, Christian Dior, MSGM

Solğun rənglər 2018-ci ilin aparıcı dəb təmayüllərindən olub. Onları ən sevdiyimiz İnstagram səhifələrində və aparıcı mağazalarda görmək olardı.

2019-cu ildə də uşaqlıq çağlarında olduğu kimi, öz köynəyinizin rəngini ağardıcı ilə yuyub ağartmaq (bleaching) ənənəsini yada sala bilərsiniz.

Çəhrayı jaketə uyğun altı büzməli ətəyi seçən MSGM ən mükəmməl solğun rəngli geyim nümunələrindən birini təklif edib.

Bir-birilə hippi naxışlarını uzlaşdıran Calvin Klein-dən fərqli olaraq Christian Dior kaleydoskop qarışığına üstünlük verir.

Podiumda nümayiş etdirilənlər: Calvin Klein, No. 21, Prada, MSGM, Prabal Gurung, R13, Christian Dior və Stella McCartney.

Ağardılmış denim

Fotonun müəllifi Getty Images
Image caption Soldan sağa: Isabel Marant, Proenza Schouler, Balmain, Missoni

Cins heç vaxt dəbdən düşmür. O, sadəcə olaraq hər il yenidən icad olunur. Bu il də istisna təşkil etmir.

Ötən il tünd rəngli denim dəbdə idi. Bu il isə cinsin daha açıq rənginə nail olmaq üçün ağardıcı tapmalı ola bilərsiniz.

Proenza Schouler podiumda ən açıq rənglərdən istifadə edib, Missoni isə müxtəlif çalarları bir araya gətirir.

Ən yaxşı cinslərdən birini Balmain təqdim edib. Daha xüsusi görünüş yaratmaq üçün onlar yırtılıb və pulcuqlarla bəzədilib.

Podiumda nümayiş etdirilənlər: Isabel Marant, Proenza Schouler, Alberta Ferretti, Balmain, Christian Dior, Missoni, Off-White, Alexander Wang, Balenciaga və Lemaire.

Bu barədə daha geniş