Tayvanlı "bikinili dağçı" zirvəyə qalxarkən həlak olub

Wu, dağ zirvələrində çəkdirdiyi şəkillərlə sosial mediada minlərcə izləyici cəlb etmişdi. Fotonun müəllifi Facebook/Gigiwu.bgn
Image caption Wu, dağ zirvələrində çəkdirdiyi şəkillərlə sosial mediada minlərcə izləyici cəlb etmişdi.

Tayvanın dağ zirvələrində bikini ilə şəkil çəkdirdiyinə görə sosial mediada məşhurlaşmış Gigi Wu adlı dağçı uçurumdan düşüb.

36 yaşlı Wu-nun təqribən 20-30 metr yüksəklikdən yıxıldığı bildirilir.

O, bundan sonra peyk telefonu ilə dostuna zəng edərək ayaqlarının tutmadığını deyib.

Qadın harada olduğu barədə məlumat versə də, xilasedici qruplar vaxtında əraziyə çata bilməyib.

Fotonun müəllifi Facebook/GigiWu.bng

Məlumata əsasən, helikopter çətin hava şəraitində iki dəfə göyə qalxmağa cəhd edib. Lakin o, yerə enməli olub.

Bundan sonra xilasedicilər piyada yola düşüblər. Qrup hadisə yerinə 28 saata çatıb.

Gecə vaxtı temperaturun sıfır altına düşməsinə görə Wu-nun hipotermiyadan öldüyü güman edilir.

Fotonun müəllifi Facebook/GigiWu.bng
Image caption Gigi Wu dağ zirvəsində.

Yerli mediada deyilir ki, dağçı Yuşan Beynəlxalq Təbiət Parkında 4 min metr yüksəkliyində zirvələrdən birinə qalxarkən həlak olub.

Dağlara alpinist avadanlığının istifadəsi ilə çıxan Gigi Wu zirvədə bikini ilə şəkillər çəkdirərək onları sosial mediada paylaşardı.

Tayvanlı qadının 18 min Facebook izləyicisi var.

O, öz şəkillərini dostu ilə bəhsə girəndən sonra çəkdirməyə başladığını deyibmiş.

Fotonun müəllifi Facebook/GigiWu.BNG

Ötən il televiziya kanallarından birinə verdiyi müsahibədə Gigi Wu dörd il ərzində 100 zirvəyə qalxdığını deyib.

Onlardan "97-sində fərqli bikinilərlə" şəkil çəkdirdim, bloqçu deyir.

Gigi Wu-nun sonuncu şəkli yanvarın 18-də yayılıb.

Bu barədə daha geniş