Papa Francis-in imzaladığı "Qardaşlıq Sənədi"nə mühafizəkar Kilsədən etiraz

Papa Francis və Şeyx Əhməd Əl Tayyib razılaşmanı imzaladıqdan sonra əl sıxıblar Fotonun müəllifi Getty Images
Image caption Papa Francis və Şeyx Əhməd Əl Tayyib razılaşmanı imzaladıqdan sonra əl sıxıblar

Katoliklərin ruhani lideri Papa Francis-in Birləşmiş Ərəb Əmirliklərinə ziyarəti zamanı dinlərarası qardaşlıq mesajını verən "İnsanların Qardaşlığı Sənədi"nə imza atması Katolik Kilsənin mühafizəkar qanadının xoşuna gəlməyib.

Belə ki, qanadın təmsilçilərindən biri, Kardinal Gerhard Müller "Papa-ya qarşı" manifest dərc edib.

"Dinlərarası Görüş" konfransında iştirak etmək üçün fevralın 3-dən 5-dək BƏƏ-yə səyahət edən Papa Francis Ərəbistan yarımadasını ziyarət edən ilk papadır.

O, burada İslamın sünni təriqətinin önəmli mərkəzlərindən olan Əl Əzhər Universitetinin rəhbəri Şeyx Əhməd Əl Tayyib ilə birgə "Dünyada Sülh və Birgə Yaşamaq Üçün İnsanların Qardaşlığı Sənədi" adlı ortaq bəyannaməyə imza atıb.

Sənəddə fərqli dinlərə inananlar və ya heç bir dinə inanmayanlar arasında uzlaşmaq və qardaşlıq çağırışı edilir və "plüralizm və fərqli dinlərin bir ilahi iradənin əsəri olduğu" deyilir.

Kardinal Müller manifestində Papa Francis-in adını çəkmir, amma yuxarıda qeyd edilən ifadələrə qarşı çıxır.

Fotonun müəllifi Getty Images
Image caption Kardinal Müller

Xristianlıqdakı "Üçlü Birlik" inancını xatırladan Müller "İsanı təkcə yaxşı insan, qardaş və dost, peyğəmbər və əxlaqi örnək kimi görənlərə qarşı çıxılması gərəkdiyini" yazır.

Müllerin "İnanc Manifesti" adı ilə mühafizəkar Katolik internet saytlarında yayınladığı sənəddə həmçinin Papanın boşanan və yenidən evlənən insanlara tolerantlıq göstərilməsi və onların Kilsədə "müqəddəs birliyə" qəbul edilməsi islahatına qarşı da çıxılır.

Kardinal Müller Papa Francis-in adını çəkmədən bu sənədi yayması səbəbilə bağlı bildirib ki, o, sənədi Kilsə doktrinası ilə bağlı yaradılmış "qarışıqlığa qarşı" çoxsaylı din xadimi və inanclıların tələbilə hazırlayıb.

O, manifestində Kilsə liderlərinin "onlara əmanət edilmiş insanları tərk etdiyini və onların inancını sarsıtdığını" iddia edərək "Dəccalın saxtakarlığına" qarşı xəbərdarlıq etdiyini bildirib.

Kardinal Müller 2017-ci ilədək sabiq "inkvizisiya" qurumunun davamı kimi olan İnanc Doktrinası Qurumuna rəhbərlik edib, Papa Francis onun vəzifə müddətini artırmayıb.

Müller-in manifesti 10 fevralda paylaşması da diqqəti cəlb edib. Bu tarix, 2013-cü il fevralın 11-də gözlənilməz qərarla vəzifədən getdiyini deyən Papa 16-cı Benedict-in istefasının il dönümü ərəfəsinə təsadüf edir.

Vatikan mütəxəssisləri Katolik Kilsəsində Papa Francis-ə qarşı mühafizəkar qanadın hələ də "təqaüdçü" Papa 16-cı Benedict-ə istinad verməyi tərcih etdiyini də deyir.

Bu barədə daha geniş