Özübağlanan Nike ayaqqabının qaytanlarında "texniki qüsur"

Adapt BB Fotonun müəllifi Nike/PA

İstifadəçilər Nike idman ayaqqabılarında özübağlanan qaytanları idarə edən Android tətbiqini işə sala bilmədiklərini deyirlər.

"Gələcəyin ayaqqabısı" adlanan Adapt BB modeli ticarət şəbəkəsinə ötən bazar günü təqdim olunub.

Hazırda o, 350 (597 AZN) dollara satılır.

Ayaqqabının qaytanlarını Android tətbiqi vasitəsilə sıxmaq və ya boşaltmaq mümkündür.

Lakin şikayət edən istifadəçilər tətbiqin yalnız bir ayaqqabı ilə ahəng işlədiyini deyirlər.

Nike şirkətinə şərh üçün müraciət olunub.

"Proqramın yenilənməsində səhv var və yalnız sağ ayaqqabının batareyasını doldurmaq və işə salmaq olmur!!!! Bir cüt ayaqqabıya $350 ödəyəndən sonra onun işləməməsi biyabırçılıqdır", - Glenn Jeffries adlı istifadəçi Google tətbiqlərinə şərhində yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş