Britaniyalı blogerin qəribə hobbisi: “Mən məşhur filmlərin səhnələrini yenidən çəkirəm”

Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Pembrokeshire-də "Freshwater West" çimərliyi - Harry Potter burda olub

Thomas Duke kimsəsiz Uels çimərliyində dolaşıb şəklini şəkmək istədiyi yeri axtarır.

Axtardığı yer buradırmı? O, gödəkçəsinin cibindən bir şəkil çıxarıb ordakı təsviri durduğu yerin mənzərəsiylə müqayisə edir. Bəli, buradır.

Təxminən 10 il əvvəl Freshwater West-də Harry Potter haqqında filmin son seriyası çəkilib, bunun üçün çimərlikdə yay evləri tikilib.

Buralarda o çəkilişlərin ancaq xatirəsi qalıb.

Kino tarixini öyrənən 20 yaşlı tələbə Thomas Duke indi çətin bir işin öhdəsindən gəlməlidir - o, həm konkret səhnələrin lentə alındığı yeri tapmalı, həm də filmdəki kadrlardan birini əks etdirən foto çəkməlidir.

Son il yarımda Thomas 150 çəkiliş meydançasında olub.

Nəticədə qeyri-adi işlər ortaya çıxarıb və onları öz "İnstagram" hesabına yerləşdirib.

Onun 15 min izləyicisi var.

BBC-ə verdiyi müsahibədə Thomas deyib ki, bu fikir çoxdan beynində olub: "Yeni yerlər tanımağı xoşlayıram, xüsusilə də sevdiyim kinoların çəkildiyi yerləri. Yalnız kinolarda gördüyüm və mənim üçün çox önəmli olan yerləri görməyə can atıram".

Bu da Thomasın tapdığı və hər birini şərh edərək paylaşdığı məşhur çəkiliş yerlərindən şəkillər:

"Həqiqi məhəbbət" ("Love Actually", 2003)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Bu səhnə Londonun South-Bank rayonunda çəkilib - Temza çayının cənub sahilində.

"Çox uzun günüydü. Səhər saat 4-də yuxudan oyandım, "Həqiqi sevgi" filmindəki səhnələrdən birinin çəkildiyi terminalı tapmaq üçün Heathrow) şəhərinə getdim.

Sonra o bir səhnələri çəkmək üçün mərkəzə qayıtdım. Bu, çox vacib və yaddaqalan filmdir. Həm də Milad bayramıydı deyə bu işi mütləq görmək istəyirdim".

"Səfillər" ("Les Miserables", 2012)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Londonun Greenwich rayonu ərazisindəki qədim kraliyyət hərbi-dəniz kolleci

"Səfillər" filmindən səhnə çəkməyi çox arzulayırdım.

Bu kadr çox emosionaldır, xüsusilə də arxa fondakı məşhur mahnıya görə. Musiqinin səsi getdikcə yüksəlir, ta o vaxta qədər ki, biri bunun fərqinə varır: "Eşidirsizmi, necə gözəl oxuyurlar.."

Hərbi-dəniz kolleci çəkiliş üçün ideal məkandır. Ona görə də burda xüsusi zövqlə çalışdım".

"Dünkerk" ("Dunkirk", 2017)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption "Dünkerk" filmi İkinci dünya müharibəsinin başlanğıcında yüzminlərlə düşmən əsgərinin mühasirəyə aldığı Fransadan evakuasiya haqqındadır

"Mən çalışıram ki, hər paylaşımım (İnstagram-da) nəsə bir məna daşısın. Mən bu şəkli 2018-ci ildə - Barış günündə çəkmişəm (1-ci dünya müharibəsinin bitməsinin 100 illiyi qeyd olunan gün - BBC).

"Dünkerk" gözəl filmdir. Ona görə fikirləşirdim ki, Dünkerkə də getməliyəm".

"Part-part, vay-vay-vay" ("Chitty Chitty Bang Bang", 1968)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Thomas "Part-part, vay-vay-vay" filminin çəkildiyi Turvill kəndini tapıb

"Bu, uşaqlığımın ən sevimli filmlərindəndir.

Balaca olanda hər gün səhər 5-də oyanıb "Meri Poppins"(Mary Poppins), "Toxmaq və Süpürgə" ("Bedknobs və Broomsticks"), ya da "Part-part, vay-vay-vay" (Chitty Chitty Bang Bang) filmlərinə baxırdım".

"Stiven Hokkinqin kainatı" ("The Theory of Everything", 2014)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Cambridge-dəki St John's kollecinin yanında

"Bura möhtəşəm yerdir.

Cambridge yaşadığım yerə yaxındır deyə bu şəkli çəkmək çətin olmadı. Çox gözəl mənzərəsi var.

Sahilə gedib sadəcə oturmaq və ordakı səssizlikdən zövq almaq olur.

"Möcüzə-qadın" ("Wonder Woman", 2017)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Hatfield House malikanəsi Hertfordshire qraflığında, Londondan şimalda yerləşir

""Möcüzə-qadın" filmini çox sevirəm.

Artıq bir neçə səhnə çəkmişəm. Hatfield House (olduğum yerdən) uzaq deyil və o qədər gözəldir ki! Ora getdim, qızılı tavan məni heyrətə gətirdi!

Amma istədiyim səhnəni çəkmək üçün xeyli əlləşməli oldum. Bura bir də gəlmək istəyərdim.

"Sevimli" filmi də burda çəkilib, aktrisa Olivia Colman bu yaxınlarda bu filmə görə Oscar aldı".

"Skayfolun koordinatları" ("Skyfall", 2012)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption "Skayfolun koordinatları": London metrosunun "Jubilee" xətti

"Bu kadr çətin başa gəldi. Mən istədiyim səhnənin çəkildiyi vaqonu tapa bilməyəcəyimi başa düşürdüm.

Amma "Jubilee" xəttində oxşar əlamətlər olduğunu gördüm, ona görə də sadəcə sarı tutacaqları olan bir vaqon gözləməyə başladım.

Sonra da çəkiliş vaxtı insanlara mane olmamaq üçün qatarın sonuncu stansiyaya çatmasını gözlədim".

"Армагеддец" (The World's End, 2013)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Hertfordshir qraflığında Letchworth şəhərciyi. "Dünyanın Sonu" filmi burda çəkilib

"Edgar Wright ("Şon adlı zombi" (Shaun of the Dead) və "Dünyanın sonu" (The World's End)adlı qorxulu komediya filmlərinin rejissoru) "Şon adlı zombi" filmindən mənim yaratdığım səhnəni öz "İnstagram" hesabında yerləşdirdi. Letchworth - balaca və gözəl şəhərdir".

"Mümkün olmayan missiya: quldurlar qəbiləsi" (Mission: Impossible - Rogue Nation", 2015)

Filmdəki mənzərə və şəkil Fotonun müəllifi @SteppingThroughFilm
Image caption Tom Cruise kimi, "Tower Bridge" körpüsünü də başqa heç nəylə səhv sala bilməzsən

"Mümkün olmayan missiya: Quldurlar qəbiləsi" filminin lap əvvəlini çəkmək istəyirdim.

Amma hələ də o səhnənin çəkildiyi yay meydançasına girmək üçün icazə gözləyirəm. Bu, filmin ən aydın kadrıdır. "Mümkünsüz missiya"seriyasından olan filmlər ən sevdiklərimdəndir.

Ötən yay "Mümkünsüz missiya: Nəticələr"( I went to the Mission: Impossible - Fallout ) in premyerasına getmişdim.

Bu səhnəni isə təxminən iki həftə əvvəl çəkmişdim deyə fotonu filmin yaradıcı heyətinə imzalada bildim.

***

Bu barədə daha geniş