Bayram Məmmədovun atası: "Ona 30 sutka həbs verildiyini deyirlər..."

Bayram Məmmədov (solda) və Qiyas İbrahimov Fotonun müəllifi Ramin Deko
Image caption Bayram Məmmədov (solda) Qiyas İbrahimovla birlikdə 2016-cı ildə həbs olundu.

"Heykəl məhbusu" kimi tanınan fəal Bayram Məmmədov azadlığa çıxdıqdan sonra "yenidən saxlanılıb", onun atası bildirir.

BBC News Azərbaycancaya danışan Bayramın atası oğlunun evdən "hansısa kağıza qol çəkmək üçün" aparıldığını deyib.

Fərman Məmmədov oğlunun həbsinin dəqiq səbəbini bilmir: "Guya yolda polisi söyüb... Ona 30 sutka həbs verildiyini deyirlər", - Fərman Məmmədov oğlunun saxlanıldığı Sabunçu rayon Polis İdarəsindən telefonla bildirib.

"Sabunçu polisində idi. Ordan da dedilər ki, Binəqədi müvəqqəti saxlanma məntəqəsinə aparırlar".

Xəbər hazırlanarkən DİN-lə əlaqə saxlamaq mümkün olmayıb.

Bayram Məmmədov məhbəsi Novruz bayramı qabağı elan edilən əfv sərəncamı əsasında tərk edib.

O, 2016-cı ildə daha bir fəal - Qiyas İbrahimovla birlikdə, mərhum prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək" şüarı yazıldıqdan sonra həbs edilib.

Narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham edilən gəncə 10 il həbs cəzası verildi.

Bayram Məmmədov rəsmi ittihamı rədd edirdi.

Bu barədə daha geniş