“Game of Thrones”-dakı “Starbucks” stəkanı və digər filmlərdəki xətalar

Starbucks cups Fotonun müəllifi Getty Images

"Game of Thrones" izləyiciləri filmin təkcə məzmunundan şikayətçi deyillər.

Serialın bazar günü yayımlaman bölümündə kadrda "Starbucks" stəkanı görünüb.

HBO kanalı tez bir zamanda bunun komik tərəfini qabarıb sosial mediada bir-iki zarafat etsə də, Amerikanın qəhvə şəbəkəsi səhvdən xeyli məmnun qaldı.

Bu hadisə kino və televiziya tarixindəki qəza və diqqətsizliklər siyahısına bir yenisini də əlavə etdi.

Onlardan bir neçəsi:

Fotonun müəllifi Getty Images

İnqilabdan əvvəlki Fransada Converse ayaqqabıları

Sofia Kopollanın "Marie Antoinette (2006) filmi bahalı həyatı və bədxərcliyi ilə pis şöhrət qazanmış kraliçanın 1973-cü ildə gilyotində başa çatan ömrünün ənənəvi təsviri deyildi.

Filmin musiqisinin o dövrdəki olaylarla qətiyyən əlaqəsi yoxdur. "New Order" və "Gang Four" kimi yeni dalğa və post-pank qruplarının mahnılarından və "The Strokes" kimi 21-ci əsr rok qruplarının musiqisindən istifadə edilib.

Kirsten Dunst-un canlandırdığı Marie Antoinette alış-veriş edəndə yan tərəfdə mavi rəngli "Converse" ayaqqabılarının görünməsi isə vəziyyəti daha da ağırlaşdırıb.

Bununla bağlı böyük mübahisələr yaranıb, bəziləri iddia ediblər ki, rejissor bilərəkdən səhnədə müasir ayaqqıbalara yer verib.

Sosial mediada bir nəfər o hadisəni yenidən xatırladıb: "Əgər HBO "Game of Thrones"-da "Strabucks" stəkanının görünməsini metafora və ya nəsə buna bənzər bir şey olduğunu iddia etsə ("Marie Antoinette"-dəki "Converse"-lər kimi), dəli olacam".

Cəsur Ürək savaş meydanına maşınla getmişdi?

1995-ci ildə Mel Gibsonun canlandırdığı 13-cü əsr şotland döyüşçü William Wallace haqqında dastan xarakterli film "ən yaxşı film" və "ən yaxşı rejissor" nominasiyaları da daxil olmaqla, 5 "Oskar" qazanıb.

Hadisələrin təsvirindəki tarixi səhvlərə görə də Gibson xeyli tənqid edildi.

Ancaq səhvlərdən biri tamamilə təsadüf idi: bir döyüş səhnəsində arxa planda bir maşın görünmüşdü.

Azərbaycan kinosunun uğurlu günləri

Fotonun müəllifi Getty Images
Image caption Mel Gibson

Matthew McConaughey zamanı qabaqladı

"Sərhədsizlər klubu" (2013) aktyor Matthew McConaughey-ə Oscar qazandırıb.

Amma 1985-ci ildə QİÇS xəstələrinə təsdiqlənməmiş dərmanlar gətirən kino qəhrəmanının zamanı qabaqlaya bildiyini çox az adam anlamışdı.

Ən azı bir səhnədə vəziyyət beləydi.

Orda McConaughey-in canlandırdığı obraz bazara 2011-ci ildə çıxarılmış "Lamborghini Aventador"-un reklam plakatı önündə oturmuşdu.

Fotonun müəllifi Getty Images
Image caption Lamborghini

Kolizeydə qazla işləyən döyüş maşını

Russell Crowe-nun rol aldığı "Gladiator" (2000) filmində döyüş maşınlarını nümayiş etdirən həyəcanlı səhnələr var.

Təəssüf ki, filmi çəkənlər səhnədə istifadə edilən maşınlardan birinin arxasında qaz silindrinin göründüyünə diqqət etməyiblər.

Kovboy papağında saxtakarlıq

"Karib quldurları" seriyası kinosevərlərin ən çox tarixi səhv tapdığı filmlərdən biridir.

Bu səhvlərdən ən qabarığı quldurların gəmisində bir "kovboy"un peyda olmasıdır.

"Tənha kovboy" qısaqol idman köynəyi geyir, günəş eynəyi və papaq taxır, "Qara mirvarinin lənəti" filmində Johhny Deppin canlandırdığı kapitan Jack Sparrow-un arxasında görünür.

Əlaqəli mövzular

Bu barədə daha geniş