Bu daşın üzərindəki qədim yazını oxuyana mükafat vəd edilir

Yazı Fotonun müəllifi AFP
Image caption Yazı hətta ekspertləri çaş-baş qoyub

Fransanın Bretan regionundakı Pluqastel icmasının müdiriyyəti burada tapılan daşın üzərində cızılmış yazını oxuya bilən şəxsə iki min avro mükafat təklif edir. 20 sətirdən ibarət mətnin 230 il əvvəl yazıldığı güman olunur.

Hərflərin çoxu latın əlifbasına aid olsa da, bəzi işarələr sanki alt-üst yazılıb.

Mətndə skandinav runlarına (qədim skandinav əlifbası) bənzəyən simvollar da mövcuddur.

Daşın üstündə iki rəqəm var - 1786 və 1787. Bu deməkdir ki, mətn Fransa İnqilabından iki il əvvəl yazıla bilərdi.

Elə buradaca yelkənli gəmi və katolisizmdə ən mühüm rəmzlərdən biri həkk edilib: üzərində xaç olan "Müqəddəs ürək" simvolu.

Mətndə "ROC AR B … DRE AR GRIO SE EVELOH AR VIRIONES BAOAVEL" - yazılan bır hissə var.

Başqa bir yerdə isə belə bir cümlə yazılıb: "ROC AR B … DRE AR GRIO SE EVELOH AR VIRIONES BAOAVEL".

Yerli alimlər yazının mənasını başa düşə bilmir.

Bəziləri mətnin qədim breton və yaxud da Bask dilində olduğunu düşünür.

Digərləri isə onun kəmsavad insan tərəfindən yazıldığını hesab edir.

Fotonun müəllifi AFP
Image caption Bəziləri hesab edir ki, mətn qədim breton dilində yazılıb

Nəzəriyyələrdən birinə görə, mətn yaxınlıqdakı sahilin müdafiəsi ilə bağlı işlərlə əlaqəlidir.

1780-ci ildə Brest körfəzinin qorunması üçün burada qala və atəş mövqeləri inşa olunub.

Onların qalıqlarını indi də görmək olar.

"Biz yerli tarixçilər və arxeoloqlara sual verdik, lakin heç kim bu daşın arxasındakı tarixi başa düşə bilmədi", - Pluqastelin meri Dominique Cap deyir. - Bixəbər qalmaqdansa, biz müsabiqə elan etmək qərarına gəldik".

Müsabiqənin başlığına 19-cü əsrdə Rozetta daşı üzərindəki qədim misir heroqliflərini oxumağa müvəffəq olan fransız alimi Jean-François Champollio-un adı da əks olunub: "Pulqastel-Daulasda Şampolyonun Sirri" (Mystère Champollion à Plougastel-Daoulas).

Müsabiqədə iştirak etmək istəyən linqvistika və arxeologiya həvəskarlarına şəhər müdiriyyətində qeydiyyatdan keçmək təklif olunur. Bundan sonra onlara daşın üzərindəki mətnin şəkilləri göndəriləcək.

Yazının təhlili üzrə işlər noyabr ayının sonuna kimi qəbul olunacaq. Daha sonra isə müsabiqənin qalibi elan olunmalıdır.

Bu barədə daha geniş