Braziliya həbsxanasında moda nümayişi: Toxuma kurslarına gedənlərin cəza müddəti qısaldılır

Modellər məhbəsdə Fotonun müəllifi AFP

San-Paulo Moda Həftəsində çıxış edən modellər dəbdəbəli yerlər və məşhur dizayner adlarına alışıb. Lakin çərşənbə günü qeyri-münasib yerdə hazırlanan geyimlərlə tanış olublar. Bu kolleksiyanı Adriano Marrey həbsxanasının məhbusları hazırlayıblar.

Modellər Fotonun müəllifi AFP

Podium əvəzinə üstü dəmir barmaqlıqlarla örtülmüş həbsxana həyətinda gəzinən modellər püskünlü toxuma jiletlər nümayiş etdirirlər.

Divar boyunca duran dizaynerlər bir-birinin yaradıcılığını izləyir. Onların arasında yeni geyim toxuyanları görmək olar.

Model Fotonun müəllifi AFP

Ağ köynək, xaki rəngli şalvar və boz həbsxana divarlarına alışan məhbuslar üçün podiumdakı əlvan rənglər nadir səhnədir.

Modellər Fotonun müəllifi AFP

Toxumaq təlimi üzrə "Ponto Firme" layihəsi məhbusların reabilitasiyasına kömək etməlidir.

Bu proqram artıq üç ildir ki, davam etdirilir.

Onun təşəbbüskarı braziliyalı dizayner Gustavo Silvestre-dir.

Gustavo Silvestre Fotonun müəllifi AFP

Proqrama qatılmağın öz imtiyazları var: Bir günlük iştirak müqabilində həbs müddəti bir sutkayadək qısaldılır.

Məhbus Fotonun müəllifi AFP

Cəza çəkənlərin çoxu narkotik qaçaqmalçılığı və soyğunçuluqla bağlı maddələr üzrə məhkum olunub.

Onlardan biri Felipe Santos-dur. Onun sözlərinə görə toxuma "sakitləşməyə, narkotik və siqareti tərgitməyə kömək edib".

Toxuma Fotonun müəllifi AFP

41 yaşlı Fidelison Borges deyir ki, yaradıcılıq onun özünəinam hissini artırıb. O, əl işlərinin xoş qarşılandığına görə iftixar duyduğunu deyir.

Bütün şəkillər müəlliflik hüququ ilə qorunur.

Bu barədə daha geniş