Marixuana ilk dəfə hansı ölkədə istifadə olunub?

ağacdan ovulan qab Fotonun müəllifi Xinhua Wu
Image caption Çətənə qalıqları ətirli maddələr yandırmaq üçün ağacdan ovulan qablarda aşkar olunub

Çinin qərbindəki tarixi məzarlıqda qazıntılar zamanı marixuananın istifadəsinə dəlalət edən ən qədim izlər aşkarlanıb.

2500 il əvvəl narkotik maddənin istifadəsi qədim ritual və ya dini mərasimlərlə bağlı ola bilərdi.

Ətirli maddələr yandırmaq üçün xüsusi qablarda olan çətənə qalıqlarının tərkibində psixoaktiv keyfiyyətə malik tetrahidrokannabinol (THK) maddəsi aşkar edilib.

Buna əsəsən demək olar ki, marixuananı istifadə edənlərə onun necə bir təsirə malik olması məlum idi.

Eramızdan 4 min əvvəl Şərqi Asiyada əkilən çətənə növlərinə aid bitkilər lif və yağ istehsalında istifadə olunub.

Lakin bu bitkinin qədim və yabanı növlərində THK və başqa psixoaktiv kimyəvi birləşmələrin səviyyəsi yüksək deyilmiş.

Arxeoloji qazıntılar Pamir dağlarında yerləşən Cirzanqal məzarlığında aparılıb.

Beynəlxalq tədqiqatçılar qrupu hesab edir ki, burada yetişdirilən yüksək psixoaktiv xüsusiyyətlərə malik çətənə növü dəfn mərasimlərində istifadə oluna bilərdi.

Maddənin dəqiq tərkibi xromatomasspektrometriya üsulu ilə müəyyənləşdirilib.

Bu üsul aşkar olunmuş maddənin kimyəvi tərkibinin marixuana tərkibilə tam üst-üstə düşdüyünü təsdiqləyib.

Bundan əvvəl marixuana izləri Çinin şimal qərbindəki Sincan bölgəsində və Rusiyanın Altay dağlarındakı qədim məzarlıqlarda aşkar olunub.

Almaniyanın Max Planck İnstitutunun direktoru Nicole Boivin-ə əsasən, əldə olunmuş məlumatlar göstərir ki, psixoaktiv marixuana növləri əvvəla Mərkəzi Asiyanın şərqi bölgələrində istifadə olunmağa başlanıb və daha sonra buradan dünyanın başqa regionlarına yayılıb.

Bu barədə daha geniş