Avropada yayın qızmar günləri - şəkillərdə

Qadın hovuzda Fotonun müəllifi ZAKARIA ABDELKAFI/Getty

Avropa boyunca isti havalar hökm sürür. Cümə günü Fransanın cənubunda temperatur rekord təşkil edən + 45,9C dərəcəyə çatıb. Bəzi yerlərdə məktəblərdə tədris və iş saatları məhdudlaşdırılıb.

İstilər və quraqlıq, İspaniyanın Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.

Məlumatlara əsasən, tibbi yardıma müraciət edənlərin sayı artmaqdadır.

Meteoroloqlara əsasən, temperatur Afrikadan gələn isti hava axınına görə yüksəlib.

Fotonun müəllifi ZAKARIA ABDELKAFI/Getty
Image caption Fransanın paytaxtı Parisdə istilərə görə insanlar Eiffel qülləsi yaxınlığındakı fəvvarələrə üz tuturlar
Fotonun müəllifi ZAKARIA ABDELKAFI/Getty
Fotonun müəllifi MIGUEL MEDINA
Image caption Milan şəhərində Günəşin şüalarından çətir altında gizlənən turistləri görmək olar
Fotonun müəllifi EPA
Image caption İsveçrənin Aare çayı boyunca insanların sayı da artmaqdadır
Fotonun müəllifi EPA
Image caption Macarıstan paytaxtı Budapeştdə oğlan suda sərinlənir
Fotonun müəllifi AFP
Image caption İstilərdən əziyyət çəkən yalnız insanlar deyil. Almaniyanın Hanover şəhərində ağ ayı dondurulmuş meyvə kokteylini dişinə çəkir
Fotonun müəllifi AFP
Image caption Fransanın Bordo-Pessak zooparkında yaquar sərin suya dalır
Fotonun müəllifi AFP
Image caption İstilər və quraqlıq, İspaniyanın şimal şərqindəki Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.
Fotonun müəllifi AFP
Image caption İspaniyanın La Torre Del Espanyol şəhəri ətrafında baş verən meşə yanğını ən azı 4 min hektar böyüklüyündə əraziyə yayılıb.

Meteoroloqların proqnozuna görə, Avropada istilər gələn həftənin əvvəlinə kimi davam edəcək.

Həmçinin oxuyun:

Bu barədə daha geniş