Pəncərədən yıxılan körpəni belə tutdu
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Pəncərədən yıxılan körpəni belə tutdu

Türkiyənin İstanbul şəhərində 17 yaşlı əlcəzairli gənc Feuzi Zabaat ikinci mərtəbədən yıxılaraq aşağı düşən balaca qızı havada tuta bilib.

Bəxti gətirən iki yaşlı Doha Məhəmməd Suriyadandır. O, anası yemək hazırlyarkən pəncərəyə çıxıbmış.

Qızın valideynləri Feuzi Zabaatın əsl qəhrəman olduğunu deyirlər.