Amsterdamın meri qırmızı fənərlər məhəlləsindəki fahişəxanaları bağlamağı təklif edir

Merin təklif etdiyi tədbirlərdən biri də vitrinlərdə çılpaq bədən nümayişinin qadağan olunmasıdır. Fotonun müəllifi Getty Images
Image caption Merin təklif etdiyi tədbirlərdən biri də vitrinlərdə çılpaq bədən nümayişinin qadağan olunmasıdır.

Amsterdam meri Femke Halsema qırmızı fənərlər məhəlləsinin radikal transformasiyası haqda planlarını açıqlayıb. Onların arasında şəhər mərkəzindəki fahişəxanaların bağlanması da var.

Bu, ölkə tarixinin son 20 ilində seks ticarəti sahəsində ən böyük islahat ola bilər.

Təklif edilən tədbirlərdən biri də vitrinlərdə çılpaq bədən nümayişlərinin qadağan olunmasıdır.

Merin sözlərinə görə, yeni təkliflər sek işçilərini turistlərdən qorumaq və insan alveri problemini həll etmək məqsədi güdür.

O qeyd edib ki, islahatda fahişəliyin tamamilə qadağan edilməsi nəzərdə tutulmayıb:

"Mən hesab edirəm ki, orda çalışan qadınların bir çoxu özünü alçaldılmış hiss edir, onlara istehzayla yanaşılır. Nəzərdə tutduğumuz dəyişikliklərin bir səbəbi də budur".

Mer aşağıdakı dörd ssenaridən birini reallaşdırmağı təklif edir: vitrinlərdə nümayişin qadağan edilməsi, şəhər mərkəzindəki fahişəxanaların periferiyaya köçürülməsi, mərkəzdəki fahişəxanaların azaldılması və çılpaq bədən nümayiş etdirilən vitrinlər üçün lisenziya tətbiq edilməsi.

Planlardan biri də şəhərdə "erotik zona" təsis etmək və ora daxil olmaq üçün xüsusi buraxılış məntəqələri yaratmaqdır.

Son qərar yerli sakinlərlə və biznes nümayəndələriylə məsləhətləşmələrdən sonra, şəhər şurasının payızda keçirəcəyi səsvermə nəticələrinə əsasən qəbul ediləcək.

Fahişəlik Hollandiyada 2000-ci ildə leqallaşdırılıb. Buna baxmayaraq, seks ticarəti mütəşəkkil cinayətkarlığın və narkotik alverçilərinin diqqət mərkəzində qalmaqda davam edir.


Şəffaflıq təhlükəsizliyin qarantıdır

Аnna Holliqan, BBC-nin Haaqa müxbiri

Bu "radikal transformasiyanın" heyrətamiz xüsusiyyətlərindən biri fahişəliyin tam qadağan edilməməsidir.

Qırmızı fənərlər məhəlləsindəki vitrinlərdə çılpaq bədənlərin nümayişinə qadağa qoymaq turistlərin azalmasına gətirib çıxaracaq. Amma fahişəxanalarda çalışan qadınların çoxu mənə deyirdi ki, onlar publika qarşısında özlərini daha təhlükəsiz hiss edirlər.

Qadınlar qorxurlar ki, fahişəxanalar şəhər kənarına köçürülsə, polisin onlara nəzarət imkanları azalacaq.

Qaranlıq qalan məsələlərdən biri də fahişəxanaların sayca azalmasının tələbata təsir edib-etməyəcəyidir.

Amma bunu təxmin etmək olar ki, qırmızı fənərlər məhəlləsinin təcrid edilmiş "seks zonası"na çevrilməsi turistlərin sayını və onların gəlişindən əziyyət çəkən yerli əhalinin problemlərini azalda bilər.

Fotonun müəllifi Getty Images
Image caption Mer Femke Halsemanın islahat təklifini dəstəkləməyənlər də çoxdur.

Vitrinlərdəki nümayişlər üçün lisenziya qaydalarının sərtləşdirilməsi cinayətkarlığın səviyyəsini ancaq o halda azalda bilər ki, bu üsul fahişəliyə zorla cəlb edənlərin aşkarlanmasına kömək ets

Fahişəlik Hollandiya feministləri arasında ciddi mübahisə mövzusudur - bəziləri bunu alçaldıcı istismar olaraq görür, digərləri hesab edirlər ki, öz bədəniylə necə rəftar etmək qərarını qadın özü verməlidir.

Seks ticarətində çalışanların bir çoxusa hesab edir ki, şəhər rəhbərliyi fahişələrə təzyiq etmək əvəzinə, turistlərə bu peşə sahiblərinə hörmət etməyi öyrətməlidir.

Bu barədə daha geniş