Şəlaləyə düşən altı fil bir-birini xilas etməyə çalışarkən ölüb

Tailandlı rəsmilərə görə, fil sürüsü şəlaləyə fil balasına kömək edərkən düşüb. Fotonun müəllifi Thailand DNP
Image caption Tailandlı rəsmilərə görə, fil sürüsü şəlaləyə fil balasına kömək edərkən düşüb.

Tailandda altı fil bir-birini şəlalədən qurtarmağa cəhd edərkən ölüb.

Rəsmilər hadisənin Tailandın mərkəzi Khao Yai Milli parkında bir körpə filin şəlaləyə sürüşməsindən sonra baş verdiyini bildiriblər.

Yaxınlıqdakı qayanın kənarında çapalayan digər iki fil tapıldıqdan sonra Tailand rəsmiləri tərəfindən təhlükəsiz yerə köçürülüb.

Haew Narok (Cəhənnəmin Şəlaləsi) adlı şəlalədə keçmişdə də buna bənzər hadisələr baş verib.

1992-ci ildə səkkiz fildən ibarət bir sürü bu şəlaləyə düşdükdən sonra məhv olub. O zaman həmin hadisə bütün ölkənin diqqətini özünə cəlb etmişdi.

Tailand rəsmilərinin bildirdiyinə görə, son hadisə şənbə günü yerli vaxtla saat 03:00 (cümə günü 23:00 Bakı vaxtı ilə) radələrində baş verib.

Fotonun müəllifi Khao Yai National Park
Image caption Tailandlı rəsmilərin paylaşdığı şəkildə fillərdən birinin digərinə sudan çıxmağa kömək etməyə çalışdığı görünür.

Bir neçə saatdan sonra üç yaşlı filin cəsədi Haew Narok şəlaləsinin dibində aşkar edilib, onun yaxınlığında isə daha 5 fil cəsədi tapılıb.

Milli Parkın rəisi Xançit Srinoppavan BBC-yə bildirib ki, qalan iki fil nəzarət altındadır.

Tailanddakı Canlı Təbiət Dostları fondunun təsisçisi Edwin Wiek qeyd edib ki, sağ qalmış iki fil çətin vəziyyətə düşə bilər, çünki fillər özünüqoruma və qida tapmaq məqsədiylə böyük sürüdə yaşamağa öyrəşib.

İnsident sağ qalan fillərə emosional təsir də göstərə bilər, çünki bu heyvanların kədər hissi keçirdiyi məlumdur.

"Bu, ailənizin yarısını itirmək kimidir, - Edwin Wiek BBC-yə söyləyib, - Amma nə etmək olar, təəssüf ki, bu, həyatdır"

Tailandda təxminən 7000-dək Asiya fili var, onların yarıdan çoxu qoruqlarda qalır.

Fotonun müəllifi Thailand DNP
Image caption Sağ qalmış fillər təhkükəsiz yerə köçürülüb

Bu barədə daha geniş