Kişilər üçün kontraseptiv həblər niyə yoxdur və onlar buna hazırdırlarmı?

сперматозоиды Fotonun müəllifi Getty Images

Yarım əsrdən çoxdur ki, alimlər kişilərçün oral kontraseptiv ixtira etməyə çalışırlar. Bununla bağlı vaxtaşırı optimist xəbərlər yayılsa da, real təsiri olan preparatın ortaya çıxmasına hələ çox var.

Həm maliyyə çatışmazlığı, həm də kişilərin kontrasepsiyanın bu növünə xüsusi maraq göstərməməsi ucbatından belə preparatlar hələ də kütləvi şəkildə istehsal olunmur.

Arzuaolunmaz hamiləliyə yol verməməksə hələ də qadınların öhdəliyi hesab edilir.

Ancaq araşdırmalar göstərir ki, kişilər də kontraseptiv həblər qəbul etməkdən imtina etməzlər.

Aktiv cinsi həyatı olan britaniyalı kişilərin üçdə biri bildirib ki, həb və ya implantant hormonal kontrasepsiyadan istifadə barədə düşünə bilərlər.

Hazırda qorunmanın bu üsulundan britaniyalı qadınların məhz üçdə biri istifadə edir.

Sosioloji sorğunun nəticələrinə görə, 10 nəfərdən 8-i kontrasepsiyanın ortaq məsuliyyət sahəsi kimi qəbulunu doğru hesab edir.

Fotonun müəllifi Getty Images
Image caption Hazırda kişilər üçün kontrasepsiyanın əsas növləri prezervativ və vazektomiyadır

Aktiv cinsi həyatı olan 18-44 yaş arası amerikalıların 77%-i prezervativ və vazektomiyadan başqa, digər kişi kontraseptiklərinə də maraq göstərib.

Beləliklə: ictimai rəy və gender rollarının zəifləməsi kişilərçün oral kontraseptivlərin populyarlaşmasına gətirib çıxara bilərmi?

Hansı kontraseptivlər daha çox yayılıb?

BMT-nin məlumatına görə, reproduktiv yaşda olan cütlüklərin ancaq üçdə biri qoruma vasitələrindən istifadə etmir.

Hər hansı kontraseptivdən istifadə zərurəti yarandıqda isə bunu ancaq qadınlar edir.

Ərdə və ya uzunmüddətli münasibətdə olan qadınların 19%-i sterilizasiyadan, 14%-i uşaqlığa qoyulan spiraldan, 9%-i həblərdən və 5%-i inyeksiyalardan istifadə edir.

Kişi kontraseptivlərinin populyarlığı bundan qat-qat azdır. Kişilərin 85%-i prezervativdən və ancaq 2%-i vazektomiyadan istifadə edir.

Ancaq həmişə belə olmayıb.

Qadınlar üçün olan birləşdirilmiş oral kontraseptivlər (BOK) ixtira edilənə qədər əsas kontrasepsiya vasitəsi prezervativ olub. Ötən əsrin 60-cı illərində prezervativlərin kütləvi istehsalı başlayanda qadınlar öz seksual partnoyrlarının iştirakı və ya xəbəri olmadan hamiləliyə nəzarət imkanı qazanıblar.

Bu gün 100 milyondan çox qadın həb qəbul edir və bu, Avropa, Avstraliya və Yeni Zenlandiyada ən populyar kontrasepsiya vasitəsidir.

Həblərdən istifadə göstəricisi Afrika, Latın Amerikası və Şimali Amerikada ikinci, Asiyada üçüncü yerdədir.

Bu onilliklər ərzində həblər bir çox qadına hamiləliyi yarıda kəsmək və ya sonraya saxlamaq fürsəti verməklə onlara təhsil və ya karyera imkanı yaradıb.

Oral kontraseptivlərin kütləvi istehsalının bir çox hallarda qadın hüquqlarını müdafiə məsələsi və 20-ci əsrin ən vacib ixtiralarından biri kimi qəbul edilməsi həm də bununla bağlıdır.

Cəmiyyət genişmiqyaslı gender bərabərliyinin əldə olunmasına doğru irəliləyir, ona görə də kontrasepsiyanın emosional, sosial və maliyyə yükünün indi məhz qadınların üzərinə düşməsi getdikcə daha çox narazılıq doğurur.

Fotonun müəllifi Getty Images
Image caption Dünyada 100 milyondan çox qadın oral kontraseptivlərdən istifadə edir

Axı, niyə kişilərçün həb yoxdur?

BOK-un icadından cəmi on il sonra qadın kontraseptivləri hər kəs üçün əlçatan oldu. Bəs, nə üçün ilk dəfə 1970-ci ildə sınaqdan keçirilmiş kişi həbləri hələ də populyar deyil?

Bəzi alimlər deyirlər ki, onların hazırlanması daha çətindir. Kişi həbləri sperma istehsalına əngəl törətsə də, bunun üçün lazım olan hormonal fon yan təsirlər yarada bilir.

Sosial və iqtisadi faktorların da rolu böyükdür, kişi orqanizmiylə məşğul olmayan reproduksiya elmi əsasən qadın bədəninə fokuslanıb.

Məsələn, hamı ginekoloqun kim olduğunu bilir, amma kişi reproduktiv sistemi üzrə ixtisaslaşan androloq haqqında eşidənlərin sayı çox azdır.

Fotonun müəllifi Getty Images
Image caption Kişilərçün oral kontraseptivlərin ixtirasından onillər keçsə də, bu həblər hələ də apteklərdə satılmır

Kişi kontraseptivlərinin araşdırılması və hazırlanması qadınlar üçün həblərin ixtirasından həm 10 il sonra başlayıb, həm də maliyyə çatışmazlığına görə bu proses xeyli ləng gedib.

Bunun bir səbəbi də odur ki, farmasevt şirkətlər, tənzimləyici orqanlar və elə kişilərin özləri də mümkün yan təsirlərə qarşı daha dözümsüzdürlər.

Qadınların BOK-dan istifadəsi zamanı müəyyən yan təsirlərin olması qəbuledilən sayılır, çünki bu təsirləri arzuolunmaz hamiləlik riskiylə müqayisə edirlər.

Kişi preparatları sınaqdan keçirilən zamansa təcrübə qrupuna gənc, sağlam kişilər cəlb edilir və istənilən yan təsir yolverilməz hesab olunur.

Spermasız orqazm təmin edən kontraseptivlərin araşdırılması həm də ona görə dalana dirənib ki, eyakulyasiya kişi seksuallığının vacib komponenti hesab olunur.

Problemin başqa bir tərəfi də var - kontrasepsiya məsələsində qadınlar kişilərə etibar edəcəklərmi? Kişi BOK-larının populyarlaşmasını ləngidən faktorlardan biri də budur.

Bir neçə on il əvvəl baş tutmuş araşdırmanın nəticələri göstərib ki, qadınlar, adətən, uzunmüddətli əlaqələri olan partnyorlarına inanırlar, amma təsadüfi sekslərdə və qısamüddətli əlaqələrdə kontraseptiv seçimini kişilərin öhdəsin buraxmaq istəmirlər.

Fotonun müəllifi Getty Images
Image caption İndi kişilər və qadınlar ev işlərini və uşaqlara qulluğu öz aralarında bölməyə başlayıblar

Kontrasepsiya qadınların öhdəliyidir?

Kontrasepsiya əsasən qadının öhdəliyi hesab edildiyi üçün kişilərin bu işlə məşğul olmayacağı düşünülür.

Buna baxmayaraq gender rolları dəyişir, indi kişilər ev işlərində və uşaqlara qulluq məsələsində qadınlara daha çox kömək etmək şansı qazanıblar.

Bu balansın dəyişməsi kontrasepsiyaya münasibətə də təsir edə bilər və araşdırmalar da göstərir ki, gənc kişilər bunu ortaq məsuliyyət məsələsi hesab etməyə meyllidirlər.

Müəyyən kişi tiplərinin - ənənəvi gender rollarına daha az əhəmiyyət verən, daha savadlı və imkanlı olan kişilərin kontraseptivlərindən istifadəni dəstəkləməsi və buna can atması ehtimalı böyükdür.

Amma kişilər üçün həblərin kütləvi əlçatanlığı heç də onlardan istifadəyə təminat vermir. Bu, sterilizasiya göstəricilərində də müşahidə olunur.

Kişi vazektomiyası 200 il bundan əvvəl icad olunsa da, qadın sterilizasiyası dünya üzrə bundan 10 dəfə çox yayılıb. Halbuki bu, daha az effektli, daha bahalı və yan təsirlər baxımından daha təhlükəlidir.

Kişi kontraseptivlərinin populyarlaşmasına mane olan sosial-iqtisadi baryerləri aradan qaldırmağın ilkin şərti daha geniş gender bərabərliyinə nail olmaqdır.

Biz kişi həblərini 50 il gözləmişik. Gəlin, daha 50 il də gözləməyək.

Bu barədə daha geniş