ABŞ: Polis iti Yeni il oyuncaqlarını oğurlayarkən ifşa olunub

Ben Fotonun müəllifi Franklin Police Department
Image caption Oyuncaqları oğrlayan iş başında ifşa olunub

ABŞ-ın Massachusetts ştatının Franklin şəhərindəki polis bölməsində Santa Foundation xeyriyyə təşkilatı üçün polisin topladığı Yeni il oyuncaqlarının bir-bir yoxa çıxmasından sonra aparıllmış araşdırma ouyuncaqların it tərəfindən oğurlandığını aşkar edib.

Oyuncaqlar hər gün yoxa çıxırdı və polis əməkdaşları oğrunun, ola bilsin ki, onlardan kiminsə olduğundan şübhə etməyə başlamışdılar.

Polis məntəqsində keçirilmiş hərtərəfli araşdırma nəticəsində oyuncaqlara Ben Franklin adlı terapevtik polis itinin maraq göstərdiyi məlum olub.

Şübhələri yoxlamaq üçün itə oyuncaq uşaq beşiyi verilib, Ben isə həmin oyuncağı digər oyuncaqları yığıdığı gizli bir yerə aparıb - polis məntəqəsindəki otaqlardan birndəki masanın altına.

Polis əməkdaşları itin bu hərəkətini videoya çəkiblər.

"Oyuncaqları Ben-in apardığını aşkar etmək çətin olmadı. Ben ilk dəfə oyuncaqları görəndə hamısının onun üçün olduğunu düşünürdü", - polis məntəqəsinin rəis müavini James Mil deyib.

O, əlavə edib ki, itin oğurladığı oyuncaqlar yeniləriylə əvəz olunacaq.

Ben Franklin xəstələr üçün keçirilən terapevtik müalicə kursunda iştirak edən bir polis itidir.

Adətən bu itin iştirakıyla məktəblərdə, çətinliklərlə üzləşmiş uşaqlarla terapevrik müalicə seansları keçirilir.

James Mil-in sözlərinə görə, Ben-in polis məntəqəsində sərbəst gəzib istədiyi otağa daxil olnmaq imkanı var.

"İnsanlar Ben-i görən kimi, əhval-ruhiyyələri yaxşılığa doğru dəyişir, hamı ona aşiq olur", - James Mil qeyd edib.

Bu barədə daha geniş