Mikrobdan uzaq olmaq üçün təyyarənin harasında oturmaq lazımdır?

Təyyarə salonu Fotonun müəllifi Getty Images

Britaniya İdman İnstitutu müxtəlif yarışmalara qatılan idmançıların təyyarələrdə mikroba yoluxma ehtimalını minimuma endirmək üçün təlimat kitabçası hazırlayıb.

Təlimatda idmançılara tövsiyə olunur ki, tualetin yaxınlığındakı yerlərdə oturmamağa çalışsınlar və xəstəlik daşıyıcılarıyla təmas ehtimalını azaltmaq üçün pəncərə kənarlarındakı yerləri seçsinlər.

"The Times" qəzetində dərc olunmuş bu xəbər təkcə idmançıların yox, tətilə və tez-tez iş səfərlərinə gedən şəxslər üçün də maraqlı gələ bilər. Kiçik bir yerdə çox sayda insanın toplanması, nəmin azlığı və havalandırmanın olması təyyarələri mikrobların yayıla biləcəyi ideal məkana çevirir.

Xəbərdə həmçinin o da qeyd edilib ki, Kandada aparılan bir araşdırma təyyarədə soyuqlama riskinin normaldan 23 dəfə çox olduğunu üzə çıxarıb.

Təlimatdakı havalandırmanı nizamlamaq, qol qoyulan yerləri və öndəki məcməyini dezinfeksiya məhluluyla təmizləmək kimi tövsiyələr də var.

Pəncərə kənarındakı kreslolar koridorda yeriyən mikrob daşıyıcılarından nisbtən uzaqda olduğu üçün məsləhət görülür. Tualetlərin yaxınlığındakı yerlərsə tualetə növbə gözləyənlər orda durduqları üçün tövsiyə edilmir.

40 faiz az xəstələnmə

Britaniyanın İdman İnstitutu keçən il ilk dəfə həyata keçirilən profilaktika proqramının uğurlu olduğunu və ötən yeni ildə əvvəlki illərin eyni dönəmiylə müqayisədə idmançıların 40 faiz az xəstələndiyini açıqlayıb.

Təyyarə səfərləriylə bağlı tövsiyələrdən başqa, institut əl yumaqla bağlı təlim kampaniyası da keçirib və idmançılara əlləri düzgün yumaq qaydalarını öyrədib.

İnstitutun İdmançıların Sağlamlığı üzrə direktorudoctor Craig Ranson qəzetə verdiyi açıqlamada bildirib ki, "Hansısa idmançı oyunda və ya düşərgədə soyuqlayanda xəstəlik digərlərinə də keçir. Bunun qarşısını almaq üçün onlara təməl şərtləri öyrədirik".

Əlaqəli mövzular

Bu barədə daha geniş