Şəkillərdə: Portağal döyüşləri

Şəklin mənbəyi, Andrea Capello
İtaliyanın İvrea şəhəri tarixi ənənəyə söykənən karnavala hazırlaşır. İldə bir dəfə şəhərin baş meydanına toplaşan sakinlər bir-birlərini portağal atəşinə tuturlar.
Karnaval ərəfəsində fotoqraf Andrea Capello ötən ilki bayramda çəkdiyi fotoşəkillərlə bölüşüb.
Ənənə şəhərin zalım hökmdarının idarəsinə qarşı üsyanla əlaqələndirilir. Rəvayətə əsasən, dəyirmançının qızı Violetta, toy gecəsində gəlinlərlə yatmaq hüququnu əldə etməyə iddialı hökmdarın boynunu vurur. Bundan sonra üsyana qalxan sakinlər hökmdarın qalasına od vururlar.
Karnaval tiran hökmdarın tərəfdarları ilə üsyançılar arasında mübarizə səhnələrini canlandırır.
Şəklin mənbəyi, Andrea Capello
Bayramdan əvvəl şəhər mərkəzindəki meydandan orkestr keçir
Şəklin mənbəyi, Andrea Capello
Violetta roluna yalnız nikahda olan qadın seçilə bilər
Şəklin mənbəyi, Andrea Capello
Portağal döyüşləri üç gün ərzində davam edir
Şəklin mənbəyi, Andrea Capello
Arabalar üzərində olanlar şəhərin baş meydanına doğru irəliləyən piyadaların qarşısını alır
Şəklin mənbəyi, ANDREA CAPELLO
Arabada olanlar hökmdara sadiq qüvvələrdir. Onlara qarşı vuruşanlar isə sadə sakinləri təmsil edirlər
Şəklin mənbəyi, Andrea Capello
Hədəfə tuşlanan dəqiq zərbələrin şadyanalığını hər iki tərəfdə görmək olar
Şəklin mənbəyi, Andrea Capello
Qızğın döyüşlərdən sonra təəssüratları ilə bölüşən tərəflər bir araya gəlir
Şəklin mənbəyi, Andrea Capello
Döyüşlər xəsarətsiz ötüşmür
Şəklin mənbəyi, Andrea Capello
Bəzən qanlı səhnələrə də rast gəlmək olar
Şəklin mənbəyi, Andrea Capello
Karnaval vaxtı 700 tondan artıq portağal istifadə olunur
Şəklin mənbəyi, Andrea Capello
Bayram bitəndən sonra döyüş meydanı səliqəyə salınır, zıbil yığışdırılıb təkrar emal mərkəzlərinə təhvil verilir
Şəkillərin müəllifi: Andrea Capello.