Həm virus, həm də bakteriyaları öldürən mis, qadın beyin əməliyyatı vaxtı 90 zeytun küftəsi doldurub hazırladı, Rusiyanın tanınmış aktyoru ev həbsinə göndərilib

Misin antibakterial xüsusiyyətləri pandemiya fonunda yenidən diqqət mərkəzinə keçir

Şəklin mənbəyi, GETTY IMAGES

Şəklin alt yazısı,

Misin antibakterial xüsusiyyətləri pandemiya fonunda yenidən diqqət mərkəzinə keçir

Həm virus, həm də bakteriyaları öldürən mis; italyan qadın beyin əməliyyatı vaxtı 90 zeytun küftəsi hazırlayır; Rusiyanın tanınmış aktyoru ev həbsinə göndərilib, o, 12 il azadlıqdan məhrum oluna bilər - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Həm virus, həm də bakteriyaları öldürən mis.

Bu metaldan hazırlanan qapı qulpları və qab-qacağın intibahı mümkündürmü?

İnsanların həmişə toxunduğu səthlərdə, mis və gümüş kimi antimikrob təsirli materiallardan istifadə infeksiyanın yayılmasını kəskin şəkildə azalda bilər, alimlər bildirirlər.

Misin ionları həm bakteriya, həm də viruslara ölümcül təsir göstərir və 99.9 faizdən çox bakteriyanı cəmi 2 saat ərzində məhv edə bilər.

Gümüşün antimikrob xüsusiyyəti metal yaş olanda aktivləşir. Səmərəliliyi artırmaq üçün metalların qarışığından istifadə oluna bilər, alimlər belə hesab edir.

Sars-CoV-2 virusu karton səthlərdə 24 saata qədər, plastik və metalda (paslanmayan poladda) isə üç günə qədər yaşaya bilər (hərçənd ki, onun yoluxma qabiliyyəti və effektivliyi mübahisə üçün açıq qalır - red.)

Şəklin mənbəyi, GETTY İMAGES

Şəklin alt yazısı,

“Ascoli olives” küftəciklərinin vətəni Mərkəzi İtaliyadakı Marke regionudur

Beyin əməliyyatı vaxtı 90 zeytun küftəsi hazırladı

Beyin əməliyyatı edilən xəstələrdən skripka və ya gitara çalmaq istənilib, lakin bu günə qədər cərrah masasında zeytun küftələrini hazırlayan olmamışdı. İndi belə bir neyrocərrahiyyə müdaxiləsi İtaliyada keçirilib və iki saat yarımlıq əməliyyatdan sonra 60 yaşlı italyan qadının beynindəki şiş yığışdırılıb.

Həkimlər, o cümlədən əl hərəkəti və yaddaşa cavabdeh beyin mərkəzlərinə toxunmamaq üçün, adətən müəyyən işlə məşğul olmağı tövsiyə edirlər. Buna görə də, xəstədən yemək hazırlamağı xahiş ediblər.

Əməliyyat vaxtı 90 “Ascoli olives” zeytun küftəciyinin hazırlandığı qeyd olunur.

Əməliyyat İtaliyanın Ancona Riuniti hospitalında keçirilib. İtaliya mediası, cərrahiyyə teatrının mətbəxə bənzədiyini yazır.

Nepal yeni xəritəsini təsdiqləməlidir

Bu həftə Nepal parlamenti Hindistanla mübahisəli ərazini əks etdirən yeni xəritəni təsdiq etməlidir. Bundan əvvəl Hindistanın hazırladığı xəritədə mübahisəli bölgənin Hindistana aid olduğu göstərilib.

Himalay dağlarında Çin, Hindistan və Nepalın sərhədi tez-tez mübahisə mənbəyi olur.

Hindistan mediası bildirir ki, Nepalı təhrik edən Çindir. Öz növbəsində Çin və Hindistan arasında Kəşmir bölgəsi uğrunda mübahisələr kəskinləşib.

Trump yeni bızqıran gəmilərin tikilməsini istəyib.

ABŞ prezidenti Donald Trump Arktika və Antarktidada ABŞ-ın maraqlarını qoruyacaq buzqıran gəmilərinin sayının artırılması haqqında göstəriş verib, Britaniyanın Guardian nəşri bildirir. Bu, Rusiya və Çin ilə təbii ehtiyatlar uğrunda daha qərarlı siyasətin təzahürü sayıla bilər.

Hazırda ABŞ-ın yalnız bir ağır və bir orta ölçülü buzqıran gəmisi var. Rusiya isə 40 gəmidən ibarət donanmanın sahibdir.

Kəşf olunmamış neft və qaz ehtiyatlarının dörddə birinin Arktikada yerləşdiyi güman edilir. Energetika mənbələri üçün rəqabət son illərdə güclənib, çünki qütb buzlarının əriməsi kəşfiyyat üçün yeni imkanlar açır.

Qul tacirinin heykəli söküldü

Şəklin mənbəyi, Getty Images

London tarixi abidələrə yenidən “nəzər salacaq”

Londonda qul ticarəti ilə məşğul olanlara qoyulan abidə və küçə adlarına yenidən nəzər salınmalıdır, Britaniya paytaxtının meri Sadiq Xan bəyan edib. Bu məqsədlə xüsusi komissiyanın yaradılacağı bildirilir.

London rəhbərinin bəyanatı Bristol şəhərində qul taciri Edward Colston-un abidəsinin sökülməsindən sonra səslənir.

Sadiq Xan hesab edir ki, London dünyanın ən çoxmillətli şəhərlərindən biridir, lakin evlər, küçə adları, abidələr və xatirə lövhələri, əsasən Kraliça Victoria dövrünün (1837-1901 illər - red.) Britaniyasını əks etdirir.

Şəklin mənbəyi, TAGANSKY DISTRICT COURT PRESS OFFICE/TASS

Şəklin alt yazısı,

Mi

Rusiyanın tanınmış aktyoru ev həbsinə göndərilib. Onun iştirakı ilə baş verən qəzada bir nəfər ölüb

Tanınmış aktyor Mixail Yefremov Moskvada qəza törədib. Aktyorun idarə etdiyi avtomobil qarşı zolağa çıxaraq, yük daşıyan furqona çırpılıb.

Mixail Yefremov hadisədən salamat çıxıb, lakin onun vurduğu avtomobilin sürücüsü aldığı xəsarətlər nəticəsində ölüb. Hadisə vaxtı Mixail Yefremovun sərxoş olduğu deyilir, lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Mixail Yefremov, SSRİ Xalq Artisti, rejissor və aktyor Oleq Yefremovun oğludur.