Rus balerina buz üzərində "Qu gölü" baletini ifa edir – etiraz olaraq
Mariinski Teatrının balerinası İlmira Bagrautionova Çaykovskinin ''Qu gölü'' baletindən bir səhnə ifadə edir - amma bu dəfə səhnədə yox, Finlandiya Körfəzinin buz tutmuş sularında.
Bu, balerinanın Batareynaya boğazında liman tikintisinə etirazının ifadəsidir.
O, mənfi 15 dərəcə soyuqda rəqs edib və videolarını internetdə yayıb. BBC Ruscaya müsahibəsində balerina deyib ki, bu ifası ilə körfəzdəki qu quşlarının həyatını xilas edə biləcəyinə ümid bəsləyir.
Video açılmırsa YouTube-dan izləyin