AOK prezidenti Patrick Hickey Braziliyada həbs edilib

Fotonun müəllifi Getty
Image caption Patrick Hickey Bakıda keçirilən ilk Avropa Oyunlarının əsas təşkilatçılarından biri olub

Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Olimpiya biletlərinin qeyri-qanuni satışı ilə bağlı Rio-de-Janeyroda həbs edilib.

71 yaşlı cənab Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir, Braziliya mediası xəbər verir.

Cənab Hickey-nin həbsdən sonra halının pisləşdiyi deyilir. O, hələ ki məsələ ilə bağlı açıqlama verməyib.

Polisin bildirdiyinə görə, onlar cənab Hickey-ni həbs etməyə gələndə o, qaçmağa cəhd edib.

Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.

Ötən il, iyunun 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə cənab Hickey "Şərəf" ordeni ilə təltif olunub.

Həmçinin baxın:

Fotonun müəllifi Getty
Image caption Mehriban Əliyeva Azərbaycanda keçirilən Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri olub
Fotonun müəllifi Getty
Image caption Prezident İlham Əliyev Patrick Hickey-ni "Şərəf" ordeni ilə təltif edib

Braziliya mediasının məlumatına görə, Patrick Hickey-nin həbsi, Olimpiadanın açılış mərasimi günü həbs olunan İrlandiya vətəndaşı Kevin James Mallon-un həbsilə əlaqəlidir.

Cənab Hickey həmçinin İrlandiya Olimpiya Şurasının (İOŞ) prezidentidir.

Cənab Mallon THG Sports şirkətinin direktorudur. İddia olunur ki, qonaqpərvərlik sənayesində fəaliyyət göstərən bu şirkət Rio 2016 üçün biltetləri qanunsuz satıb.

Avqustun 5-də cənab Mallon Rioda bir kişi 800 bahalı biletlə yaxalanıb.

İOŞ bəyanatında deyilir ki, Patrick Hickey ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardırlar lakin "əlavə şərh verməkdən öncə məsələnin tam aydınlaşmasını istəyirik".

Polis şübhələnir ki, biletlər hərəsi $7,800-a satılacaqdı (12 700 AZN).

THG deyib ki, cənab Mallon biletləri satmayıb və satmaq niyyətində olmayıb, sadəcə İrlandiyada biletləri satmağa icazəsi olan Pro 10 Management şirkətinin müştəriləri üçün bu biletləri saxlayırdı.

Cənab Hickey 2006-cı ildə Avropa Olimpiya Komitələrinin rəhbəri seçilib, İOŞ rəhbəri kimi isə 1989-cu ildən fəaliyyət göstərir.

Bundan başqa o, 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin idarə heyətinin üzvüdür.

Əlaqəli mövzular

Bu barədə daha geniş