Patrick Hickey bilet qalmaqalından sonra istefa verib

Fotonun müəllifi AP

Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Patrick Hickey Rioda qanunsuz bilet satışı ilə bağlı həbsindən sonra müvəqqəti olaraq tutduğu vəzifələrdən istefa verib.

74 yaşlı irlandiyalı Olimpiya rəsmisi həbsindən sonra öz istəyi ilə xəstəxanaya aparılıb.

Cənab Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir.

Braziliya polisinin bildirdiyinə görə bu sxemlə 3.1 milyon dollar (5 milyon AZN) gəlir əldə olunmalı idi.

Onu AOK-da müavini Janez Kocijancic əvəzləyəcək.

Patrick Hickey keçən il Bakıda keçirilmiş Avropa Oyunlarının ideya müəllifi hesab olunur.

Ötən il, iyunun 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə cənab Hickey "Şərəf" ordeni ilə təltif olunub.

Keçmiş cüdoçu olan cənab Hickey 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin 15 nəfərlik idarə heyətinin üzvü olub.

O, İrlandiya Olimpiya Şurasına da rəhbərlik edib.

Fotonun müəllifi Getty
Image caption Prezident İlham Əliyev Patrick Hickey-ni "Şərəf" ordeni ilə təltif edib

Əlaqəli mövzular

Bu barədə daha geniş