Rusiya Rio Paralimpiya oyunlarında iştirak etməyəcək

Rusiyanın dopinq qalmaqalından sonra Paralimpiya oyunlarında iştirakına qadağa ilə bağlı şikayəti qəbul olunmayıb.

İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rusiyalı iştirakçılara qoyduğu qadağanı qüvvədə saxlayıb.

İPC Rusiyanın dövlət tərəfindən həyata keçirilmiş dopinq proqramı ilə bağlı McLaren hesabatından sonra belə qərara gəlib.

Braziliyanın Rio-de-Janeyro şəhərində Paralimpiya Oyunları sentyabrın yeddisində başlayacaq.