İD münaqişəsi: Türkiyənin dəstəklədiyi Suriya qiyamçıları "Cərablusu ələ keçirib"

Şəklin mənbəyi, AFP
Cərablus şəhərinə hava zərbələri endirilir
Türkiyə hərbiyyəsi və ABŞ-ın dəstəklədiyi Suriya qiyamçıları deyir ki, onlar Cərablus şəhərini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlindən alıb.
Hücum, Türkiyə hava qüvvələri, tanklar və xüsusi əməliyyat qrupu sərhədi keçib irəlilədikdən sonra başlayıb.
Üsyançıların komandanı bildirib ki, İD yaraqlılarının əksəriyyəti sonradan geri çəkilib.
Türkiyə bəyan edib ki, onların əsas hədəfi əvvəlcədən Cərablus şəhərinə irəliləmək istəyən həm İD döyüşçüləri, həm də Suriya kürdlərinin rəhbərlik etdiyi alyansdır.
Prezident Recep Tayyip Erdoğan bir qədər sonra deyib ki, qiyamçılar şəhəri "Cərablusdan olanlarla" birlikdə geri alıb, Reuters xəbər verir.
Şəklin mənbəyi, EPA
Vitse-prezident Joe Biden Türkiyənin baş naziri Binali Yıldırımla Ankarada görüşüb
ABŞ vitse-prezidenti Joe Biden deyib ki, ABŞ havadan əməliyyata dəstək olub.
O həmçinin Suriya Demokratik Birlik qüvvələrinə xəbərdarlıq edib ki, əgər onlar davamlı yardım almaq istəyirlərsə Fərat çayının şərqinə qayıtmalıdırlar.
"Biz bunu çox aydın şəkildə demişik... onlar çayı keçərək geri qayıtmalıdırlar", o deyib. "Əgər onlar bunu etməsələr heç bir halda Amerikanın dəstəyini ala bilməz və almayacaqlar."
Türkiyə prezidenti ilə görüşdə cənab Biden həmçinin çalışırdı ki, Amerikanın öz NATO tərəfdaşları ilə həmrəyliyinə dair istənilən şübhələri dağıtsın.
Prezident Erdoğan elan etmişdi ki, İD və Suriya Kürd Demokratik Birlik partiyasına qarşı əməliyyat çərşənbə günü, yerli vaxtla gecə saat 04:00-da başlayıb.
9 və 12 ədəd tank Suriya istiqamətində sərhəddi keçdikdən sonra Türkiyənin dəstəklədiyi yüzlərlə qiyamçı onların ardınca irəliləyib.
Bir neçə saatdan sonra əməliyyata qatılanlar Cərablus şəhərini İD döyüşçülərindən azad etdiyini elan edib.
Türkiyə şənbə günü Gaziantepdə keçirilən toy mərasimində 54 nəfərin ölümünə səbəb olan partlayışda İD-ni günahlandıraraq onu sərhəd rayonlardan "tamamilə təmizləməyə" söz verib.

Türkiyə tankları Suriyanın şimalına girdi
Türkiyə tankları və digər hərbi maşınlar Suriya sərhədini keçərək ölkənin şimalına daxil olub. Bu, özünü İslam Dövləti adlandıran qrupun nəzarətində olan ərazinin güclü artilleriya atəşinə tutulmasından sonra baş verir.