Özbəkistan: Prezident Kərimov xəstəxanadadır

Şəklin mənbəyi, AFP Getty
Özbəkistan prezidenti İslam Kərimov xəstəxanadadır, Reuters yazır ki, xəbəri hökümət təsdiqləyib.
Özbəkistan prezidenti İslam Kərimov xəstəxanadadır, Reuters yazır ki, xəbəri hökümət təsdiqləyib.
Rəsmi Milli Xəbər Agentliyi yazır ki, Nazirlər Kabineti Özbəkistan prezidenti Kərimovun xəstəxanada yataraq müalicə aldığını yazır.
Mütəxəssislərin fikrincə, tam tibbi yoxlama və uyğun müalicə müəyyən vaxt ala bilər.
Lakin onlar prezidentin hansı xəstəliyə görə həkimlərə üz tutduğu açıqlanmır.
78 yaşlı cənab Kərimov 1989-cu ildən bəri Özbəkistanda rəhbər vəzifədədir. Həmin vaxt o, Üzbəkistan Mərkəzi Komitəsinin baş katibi idi.
1990-cı ilin martın 24-də Özbəkistan SSR Ali Sovetinin sessiyasında o prezident seçilib.
1991-ci ildə ümumxalq seçkilərində qalib gəlmiş cənab Kərimov indiyə kimi fasiləsiz olaraq prezidentdir.
2002-ci il 27 fevralda keçirilmiş ümummilli referendumun nəticəsində Özbəkistanda prezidentlik müddəti 5 ildən 7 ilə artırılıb.