Özbəkistan: prezident Kərimov "beyin qansızması" keçirib

Özbəkistan prezidenti İslam Kərimov Fotonun müəllifi AFP Getty
Image caption Özbəkistan prezidenti İslam Karimov xəstəxanadadır

Özbəkistan prezidenti İslam Kərimovun vəziyyəti stabildir, Reuters onun qızı Lola Kərimova-Tillyaevaya istinadən yazır.

Lola Kərimova-Tillyaeva Instragram səhifəsində yazıb ki, atası beyin qansızması səbəbilə intensiv müalicə aldıqdan sonra onun vəziyyəti stabildir.

"Hazırda onun vəziyyətinin gələcəyi barədə proqnozlar etmək çox tezdir," o əlavə edib

İslam Kərimov bazar günündən bəri xəstəxanadadır, Rəsmi Milli Xəbər Agentliyi yazıb ki, Nazirlər Kabineti Özbəkistan prezidenti Kərimovun xəstəxanada yataraq müalicə aldığını bəyan edib.

Abducalil Abdurasulov, BBC News üçün təhlil:

Özbəkistanda prezidentin əsas bayram mərasimləri zamanı rəqs etməsi ənənə halını alıb.

Rəqs etməklə cənab Kərimov xalqa sağlam olması barədə mesaj verir.

Hamı prezidentin Müstəqillik Günü bayram mərasimlərinə qatılmasını gözləyirdi - güman ki, rəsmilərin onun xəstəxanada olması barədə məlumat verməsi xalqı onun ictimaiyyətə çıxmamasına hazırlamaq üçün lazımi addım idi.

Taşkəntdə yaşayan insan haqları müdafiəçisi Surat Ikramov deyir ki, insanların çoxu dünyanın ən repressiv ölkəsində cənab Kərimovun xəstəxanada yatması barədə açıq danışmaqdan qorxur.

"Cənab Kərimovun gücünün mütləq olmaması barədə istənilən söz bütün sistemə təhdid olaraq görünür," Human Rights Watch təşkilatının sözçüsü Steve Swerdlow deyir.

"Hətta o bu xəstəlik və ya hər nəsə onu dəf edərsə, bu cənab Kərimovun da fani olması və sistemin dəyişmək üzrə olduğunun göstəricisidir.

Fotonun müəllifi AP
Image caption Cənab Karimov bu xəstəxanada müalicə olunur

Mütəxəssislərin fikrincə, tam tibbi yoxlama və müvafiq müalicə müəyyən vaxt ala bilər.

Lakin onlar prezidentin hansı xəstəliyə görə həkimlərə üz tutduğunu açıqlanmır.

Onun sağlamlıq problemlərinin olduğu əvvəldən də məlum idi, lakin hökümət heç vaxt belə bir açıqlama verməyib.

Fergananews saytı yazır ki, o insultdan əziyyət çəkirmiş.

Cənab Kərimov son dəfə avqustun 17-də dövlət televiziyasında Cənubi Koreyanın daxili işlər naziri ilə iclasda görünüb.

78 yaşlı cənab Karimov 1989-cu ildən bəri Özbəkistanda rəhbər vəzifədədir. Həmin vaxt o, Üzbəkistan Mərkəzi Komitəsinin baş katibi idi.

1990-cı ilin martın 24-də Özbəkistan SSR Ali Sovetinin sessiyasında o prezident seçilib.

1991-ci ildə ümumxalq seçkilərində qalib gəlmiş cənab Karimov indiyə kimi fasiləsiz olaraq prezidentdir.

2002-ci il 27 fevralda keçirilmiş ümummilli referendumun nəticəsində Özbəkistanda prezidentlik müddəti 5 ildən 7 ilədək artırılıb.

Bu hadisə ilə əlaqədar Müstəqillik Günü bayramı sentyabrın 1-ə keçirilib.