Şəkillərdə: İslam Kərimov Heydər və İlham Əliyevlə görüşəndə

Özbəkistan prezidenti İslam Kərimov və Azərbaycan prezidentləri Heydər və İlham Əliyev arasında görüşlərdən bəzi görüntülər.

Şəklin alt yazısı,

"Heydər Əliyev kimin xoşuna gəlsə də gəlməsə də bu gün dünya onu tanıyır və o, Azərbaycanın nüfuzunu bütün dünyada yüksəldən qanuni liderdir", İslam Kərimovdan sitat gətirilir. 1997-ci ildə Daşkəndə səfər edən Heydər Əliyev deyib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin"

Şəklin alt yazısı,

27 sentyabr 2010, Özbəkistanda İlham Əliyevlə İslam Kərimovun görüşü. "Azərbaycan, əvvəllər olduğu kimi, gələcəkdə də bütün beynəlxalq arenalarda həmişə Özbəkistanın istənilən təşəbbüsünü dəstəkləyəcəkdir", cənab Əliyev deyib. Azərbaycan prezidenti ilk dəfə 2004-cü ildə Özbəkistan Respublikasında dövlət səfərində olub.

Şəklin alt yazısı,

İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov, 2010-cu il sentyabrın 27-də, Daşkənddəki “Həzrəti-İmam” məscid kompleksində

Şəklin alt yazısı,

12 oktyabr 2012: Prezidentlər Dövlət Bayrağı Meydanına və Heydər Əliyev Mərkəzinə baş çəkib.

Şəklin alt yazısı,

27 sentyabr 2010: lham Əliyev və İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış edəndə hər iki lider üçün əsas mövzu Heydər Əliyev olub. "Qardaş Özbəkistanda Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu görmək mənə çox xoşdur", İlham Əliyev atası haqqında deyib.

Şəklin alt yazısı,

12 oktyabr 2012: Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzi barədə Özbəkistan dövlətinin başçısına məlumat verərək bildirib ki, 2007-ci ildə bünövrəsi qoyulan Mərkəz 2012-ci il mayın 10-da – Heydər Əliyevin doğum günündə açılıb. "Bu mədəniyyət ocağı dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir", prezidentin rəsmi saytında deyilir.

Şəklin alt yazısı,

12 oktyabr 2012 - İslam Kərimovun şərəfinə rəsmi nahar zamanı İlham Əliyev deyib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində şəxsən Sizə və Özbəkistan xalqına prinsipial mövqeyə görə minnətdarıq. Azərbaycanda bunu bilirlər və yüksək qiymətləndirirlər"