Türkiyə artıq qış vaxtına keçməyəcək

Saat Fotonun müəllifi AFP

Türkiyə Nazirlər Kabinetinin qərarına əsasən qış vaxtına keçid aradan qaldırılır.

Hər il oktyabr ayında qış vaxtına keçməyin əvəzinə bundan sonra ilin 12 ayında yay vaxtı tətbiq ediləcək.

"Gün işığından daha çox istifadə etmək məqsədilə bütün ölkədə 27 mart 2016-cı ildə tətbiq edilmiş yay vaxtı hər il, bütün il boyu davam edəcək," Nazirlər Kabinetinin qərarında deyilir.

Koordinasiya edilmiş ümumdünya vaxtına (UTC) görə, qışda UTC +2, yazda UTC +3 olan Türkiyə, Şərqi Avropa vaxtından çıxaraq UTC+3-ü standart vaxt olaraq müəyyənləşdirilən ölkələr qrupuna daxil olur.

Azərbaycan isə bu ilin mart ayında qış vaxtında qalmaq barədə qərar verib.

Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, bu ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.

UTC+3-ü sabit zaman olaraq müəyyənləşdirən ölkələr
Avropa Asiya Afrika
Şərqi Rusiya Yəmən Efiopiya
Belarus Türkiyə Tanzaniya
İraq Madaqaskar
Küveyt Somali
Səudiyyə Ərəbistanı Sudan
Qatar Cibuti
Kenya
Uqanda

Əlaqəli mövzular

Bu barədə daha geniş