Türkiyə: Çevriliş cəhdilə bağlı jurnalist Ahmet və Mehmet Altan saxlanılıb

Ahmet və Mehmet Altan

Şəklin mənbəyi, DHA

Türkiyədə məşhur jurnalistlər Ahmet və Mehmet Altan qardaşları dövlət çevrilişi cəhdi ilə bağlı araşdırma çərçivəsində saxlanılıblar.

Qardaşlar YouTube kanalı ilə yayımlanan "Azad düşüncə" proqramında, çevriliş cəhdindən bir gün əvvəl qiyam çağırışını əks etdirən messajlar səsləndiriblər.

Prokurorluğa əsasən Əhməd və Mehmet Altan, prezident Recep Tayyib Erdoğanı təhdid etməklə günahlandırırlar.

Zərbə cəhdilə bağlı iş üzrə həbs edilmiş daha bir jurnalist - Nazlı İlıcak bu həftə ifadə evrəcək.

İyul ayında baş verən çevriliş cəhdilə bağlı minlərlə adam həbs olunub və işdən çıxarılıb.

Türkiyə, 15 iyulda baş vermiş çevrilişə cəhdin arxasında ABŞ-ın Pennsylvania ştatında yaşayan din xadimi Fethullah Gülenin dayandığını bildirir. Cənab Gülen ittihamları rədd edir.