Suriya: Rusiya ABŞ-ı sülh razılaşmasına əməl etməməkdə təqsirləndirir

Şəklin mənbəyi, AP
Atəşkəs razılaşması münaqişədə qarşı tərəfləri dəstəkləyən ABŞ və Rusiya arasında ötən həftə əldə olunub.
Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Washington Suriyada üsyançı qruplara dəstəyi dayandırmaq istəmədiyini "sözlər pərdəsi" arxasında gizlədir.
Bazar ertəsi qüvvəyə minən atəşkəs rejiminə əsasən əməl olunur.
Hərçənd ki, Rusiyanın dəstəklədiyi Suriya ordusu və üsyançı qruplar bir-birlərini sükut rejimini pozmaqda ittiham edirlər.
Rusiya hərbiyyəsinin bəyanatında bildirilir ki, Moskva atəşkəsin başlanmasından bəri, nəzərdə tutulduğu kimi, əsas üsyançı qruplara hava zərbələrinin endirilməməsi barədə öhdəliyinə əməl edir.
Həmçinin oxu: Suriya böhranında əsas ölkələr hansıdır?
"Atəşkəs rejiminə yalnız Suriya ordusu əməl edir... Bu arada ABŞ-ın dəstəklədiyi "mötədil müxalifət" Hələb şəhərinin yaşayış məntəqələrinə artilleriya zərbələrinin sayını artırmaqdadır".
Bəyanata əsasən Washington öz öhdəliklərinin yerinə yetirilməməsini gizlətmək üçün "sözlər pərdəsi"ndən istifadə edir.
Bu arada BMT Suriyaya yardım çatdırmaqda çətinliklərlə üzləşdiyini bildirir.
Təşkilatın xüsusi elçisi Staffan de Mistura bunda Suriya hökumətini təqsirləndirib. O deyib ki, Dəməşq ərazilərə buraxılış icazəsinin verilməsini yubandırır.
Suriya müharibəsi: Atəşkəs qüvvəyə minir
Razılığa yeddi gün ərzində əməl olunarsa, ABŞ və Rusiya cihadçı silahlılara qarşı koordinasiya edilmiş hava hücumları həyata keçirəcəklər.