Türkiyə: Polis "İD ilə əlaqəli" 40 əcnəbi saxlayıb

İstanbul polisi özünü İslam Dövləti adlandıran qrupla əlaqədə şübhəli bilinən azı 40 əcnəbini saxlayıb, Türkiyənin Anadolu dövlət agentliyi yazır.
Polis bazar günü gecəsi şəhərin Fatih məhəlləsində eyni zamanda 23 ünvanda reyd keçirib.
Saxlanılan şəxslər arasında Azərbaycan, İran, İraq və Əfqanıstan vətəndaşlarının olduğu bildirilir.
Agentlik yazır ki, saxlanılan şəxslərin bəziləri Suriyada yerləşən müharibə zonalarına dəfələrlə səfər ediblər.
Məlumata görə, reyd keçirilmiş ünvanlardan şəbəkə barədə sənədlər və rəqəmli məlumatlar ələ keçirilib.
Ötən ildən bəri Türkiyədə İD tərəfindən həyata keçirilən intihar hücumları nəticəsində 200-dən çox insan həyatını itirib.
Keçən ay Türkiyə sərhəd ərazisini İD döyüşcülərindən təmizləmək məqsədi ilə Suriyanın şimalına tanklar və qoşunlar göndərib.
Türkiyə baş naziri: Suriya-Türkiyə sərhəddi İD-dən təmizlənir
Türkiyənin baş naziri deyib ki, ölkənin hərbi qüvvələrinin dəstəklədiyi Suriya üsyançıları "bütün terror təşkilatlarını" Türkiyə ilə Suriyanın quru sərhəddindən çıxarıb.