Türkiyə: İsrail səfirliyinə hücum edən şəxs yaralanıb

Şəklin mənbəyi, Reuters
Hücumun ardından səfirlik binasını çevik polis qüvvələri mühafizə edib
Türkiyənin paytaxtı Ankaradakı İsrail səfirliyinə bıçaqla hücum edən şəxsə təhlükəsizlik əməkdaşları atəş açıb, onu yaralayıb.
İsrail rəsmilərinin bildirdiyinə görə o, səfirliyə daxil olmaq istəyib.
Ankara Valiliyindən verilən məlumata görə, şübhəli şəxs "ruhi xəstə" olub və onun hansısa təşkilata bağlılığına dair heç bir sübut yoxdur.
Səfirlikdə heç kim xəsarət almayıb, İsrail rəsmiləri bildirib.
Mümkün silahlı hücum barədə xəbər yayılandan sonra keçən həftə Ankaradakı bir neçə səfirlik bağlanmışdı.
Türkiyə son aylar ərzində özünü İslam Dövləti adlandıran qruplaşma və kürd silahlı qruplaşmalarının həyata keçirdiyi bir neçə ölümcül hücuma məruz qalıb.
Ekspertlər hadisə yerindəki şübhəli bağlamanı yoxlayırlar.
"The Times of Israel" qəzetinin yaydığı məlumata görə basqınçı təhülkəsizlik əməkdaşını bıçaqlamağa çalışıb. Daha sonra isə təhülkəszlik əməkdaşı xəbərdarlıq atəşi açıb və bundan sonra onu yaralayıb.
Türkiyənin dövlət xəbər agentliyi Anadolu bildirib ki, basqınçı bıçağı qəzetə bükülmüş halda daşıyıb və daha sonra onu çıxararaq qışqırıb. Məlumata görə o, xəbərdarlıqlara əhəmiyyət verməyib.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahson bildirib ki, hücum edən şəxs ayağndan yaralanıb.
"Biz onun polis əməkdaşına, yoxsa səfirlik işçisinə hücum etdiyini bilmirik," o deyib.
Şəklin mənbəyi, Reuters
Ekspertlər hadisə yerindəki şübhəli bağlamanı yoxlayırlar