Moody's agentliyi Türkiyənin kredit reytinqini aşağı salıb

Moody's

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

İqtisadi reytinqi korlayan amillərdən biri də qeyri-sabitlikdir, Moody's agentliyi bildirir

Beynəlxalq Moody's agentliyi Türkiyənin hazırkı "Ваа3" uzunmüddətli kredit reytinqini bir pillə azaldaraq "Ba1" səviyyəsinə endirib.

"Ваа3"-dən fərqli olaraq "Ва1" reytinqi "spekulyativ"dir və maliyyəçilərin qeyri-rəsmi dəyərləndirməsində "zibil səviyyə"sinə aid edilir.

Türkiyəyə dair son qərar bu ölkənin xarici kreditlərə ehtiyacı və qeyri-sabit siyasi şəraitlə izah olunur.

Agentliyin təhlilçiləri hesab edirlər ki, iyul ayındakı çevriliş cəhdinə reaksiya islahatların təxirə salınmasına işarə sayıla bilər.

Mənfi amillər arasında ölkə daxilində zorakılıq hallarının çoxalması və Rusiya sanksiyalarının nəticələri qeyd olunur