Rusiyada 23-cü mərtəbədən yıxılan gənc sağ qalıb

Скорая помощь Fotonun müəllifi Getty Images
Image caption Подростка госпитализировали с многочисленными травмами, но угрозы его жизни нет

Novosibirsk şəhərində, 23-cü mərtəbənin eyvanından yıxılan 16 yaşlı yeniyetmə sağ qalıb, Rusiyanın İstintaq Komitəsinin (RİK) rayon idarəsi bildirir.

Hadisə şənbə günü, 24 sentyabrda baş verib. İstintaqın məlumatına görə, gənc onunla birlikdə mənzildə olan dostuna özünü göstərmək istəyirdi. Bunu etmək üçün, o balkonun barmaqlıqlarının üstündən keçib aşağı sallandı. Amma özünü yuxarı dartmaq istəyərkən sürüşüb düşdü.

Gənc aşağıda dayanmış maşının üstünə düşüb bir çox xəsarət aldı. Lakin o sağ qaldı və indi xəstəxanaya yerləşdirilib. TASS agentliyinin verdiyi xəbərə görə, gənc şüurludur və onun həyatı təhlükə altında deyil.

"Onun qarın nahiyəsi zədələnib, qara ciyəri cırılıb, ağ ciyəri zədələnib, çiyin sümüyü sınıb. Oğlanın bəxti gətirib. Vəziyyəti sabitdir və şüurludur", TASS agentliyi nümayəndənin sözlərini istinad edir. Hazırda istintaq baş vermiş hadisəni araşdırır.

Bu ilin fevral ayında buna bənzər hadisə Moskva şəhərində baş vermişdi. O zaman evdə tək qalmış altı yaşlı uşaq, yeddinci mərtəbənin pəncərəsinə çıxanda sürüşüb yerə düşmüşdü. Uşaq xəsarət alsa da, sağ qaldı.

Bu barədə daha geniş