Türkiyə: Gülenlə "əlaqəli" kəşfiyyatçılar işdən çıxarılıb

Zirehli texnika

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Iyul ayında baş verən çevriliş cəhdindən sonra güc strukturlarında təmizləmələr başlayıb

Türkiyə hakimiyyəti ABŞ-da mənzillənən ruhani, Fethullah Gülenlə əlaqədə şübhəli bilinən 87 kəşfiyyat əməkdaşını vəzifədən azad edib.

Anadolu agentliyinə əsasən 87 nəfər arasında olan 52 əməkdaş barədə cinayət işləri açılıb. Kəşfiyyat qurumunda yoxlamalar davam edir.

Sentyabr ayının əvvəlində Türkiyənin Ədliyyə Nazirliyi çevriliş cəhdini təşkil etməkdə ittiham etdiyi Fethullah Gülenin ekstradisiyası ilə bağlı ABŞ hakimiyyətinə rəsmi müraciət edib .

Cənab Gülen çevriliş cəhdinə aidiyyatı olduğu barədə iddiaları rədd edir.

Şəklin mənbəyi, SELAHATTIN SEVI/ZAMAN DAILY NEWS

Şəklin alt yazısı,

Fethullah Gülen çevriliş cəhdində əli olduğu barədə ittihmları rədd edir

İyul ayında baş vermiş çevriliş cəhdinin ardınca 60 mindən çox adam həbs olunub. Onların arasında hərbçi, polis, hakim və alimlər var.