Moskvada Boris Nemtsovun qətli ilə bağlı məhkəmə işə başlayıb

Nemtsovun qətlində şübhəli bilinən şəxslər ittihamları rədd edirlər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Nemtsovun qətlində şübhəli bilinən şəxslər ittihamları rədd edirlər

Moskvanın hərbi məhkəməsində Rusiyanın müxalif lideri Boris Nemtsovun qətli ilə bağlı ittiham olunan beş nəfərin məhkəməsi başlayır.

Prezident Vladimir Putini tənqid edən keçmiş baş nazir müavini Nemtsov keçən il Kreml yaxınlığında qətlə yetirilib.

Çeçen əsilli olan müttəhimlərin onun ölümünə görə pul təklif etdikləri iddia olunur. Onlar ittihamları rədd edirlər.

Siyasətçinin yaxınları onu öldürən şəxsin heç vaxt tapılmayacağını düşünürlər.

Nemtsovun ailə vəkili BBC-ə bildirib ki, istintaq qeyri obyektiv və natamam həyata keçirilib. Vəkilin bildirdiyinə görə, qətlin Rusiyanın ən məşhur binalarından birinə yaxın baş verməsinə baxmayaraq video dəlil ortalıqda yoxdur.

Məhkəminin keçirildiyi yerdə təhülkəsizlik tədbirləri gücləndirilib.

55 yaşında qətlə yetirlmiş Nemtsov 1990-cı illərdə Boris Yeltsinin prezident olduğu zaman baş nazirinin birinci müavini olub.

Lakin Yeltsinin varisi Vladimir Putinlə ixtilafdan sonra o, müxalif siyasətçiyə çevrilib və iqtisadiyyat, korrupsiya və Ukrayna müharibəsilə bağlı hökuməti tənqid edib.

Ölümündən bir gecə əvvəl o, radio vasitəsilə insanları keçirilməsi planlaşdırılan yürüşə dəvət edib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Şübhəlilərdən biri olan Zaur Dadayev Çeçenistan hərbi hissəsində zabit olub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Müttəhimlər məhkəmədə şüşə qəfəsdə yerləşdiriliblər

Cənab Nemtsova gecə saatlarından Kreml yaxınlığındakı körpünü keçərkən arxadan atəş açılıb və o hadisə yerindəcə ölüb.

Hadisə yerində hələ də onun xatirəsinə güllər düzülüb.

Cənab Putin qatilləri "çirkin və həyasız" adlandırıb və qətldə əli olan şəxslərin cəzalanacağına söz verib.