Osmanlı memarı erməni Balyan ailəsinə türbə tikildi
- Rengin Arslan
- BBC Türkçe

Şəklin mənbəyi, AP
Osmanlı imperiyasının son və Türkiyə Respublikasının ilk tikililərindən olan Dolmabahçe sarayı, Ortaköy cümə məscidi, Beyazıtdəki Yanğın qülləsi, Səlimiyyə qışlası və daha neçə bina İstanbulun simasına rövnəq verib.
İndi isə bu binaların bənnası olan Balyanlar ailəsinin də öz türbəsi olacaq.
Üsküdarda Bağlarbaşındakı yol inşaatı və sıx nəqliyyat magistralının arasında yerləşən erməni qəbristanlığındakı Balyanlar öz türbələrinə köçürülüb.
İstanbul memarlığının qərbləşməsində böyük rolu olan bu ailəyə "italyan Balyanı" da deyərlərmiş.
1900-cü illərdən başlayaraq əksəriyyəti İstanbulda tikilmiş 150-dək binanın qurucusu olan ailənin bir türbədə yerləşdirilməsini Hraç və Haqop Kırmızıyan qardaşları təşkil ediblər.
Hraç Kırmızıyan BBC Türkçeyə deyib ki, hər dəfə erməni qəbristanlığındakı qohumlarının məzarlarına baş çəkərkən Balyanların da məzarlarını ziyarət edər, onların baxımsızlığından ürək ağrısı keçirərmiş.
Nəhayət Balyan ailəsinin xatirə türbəsi ideyasını gerçəkləştirmək qərarına gəlinib.
Bu abidənin yaradılmasında Hayçar Erməni Memar və Mühəndislər Cəmiyyətinin üzvləri də yaxından iştirak ediblər.
BBC jurnalisti Rengin Arslan, Kevork Özkaragöz, Tavit Aynalı və Hraç Kırmızıyan ile söhbət edib
Dolmabahçe Sarayının memarı Qarabed Balyanın məzar daşını isə başqa bir tikinti sahəsindən tapıb gətiriblər.
Xatirə türbəsinin layihəsini hazırlayan Tavit Aynalı deyir ki, Beşiktaşda Balyanların inşa etdikləri Asdvadzadzin kilsəsinin quruluşundan faydalanıb.
BBC jurnalisti Rengin Arslan, Kevork Özkaragöz, Tavit Aynalı və Hraç Kırmızıyan ile söhbət edib
Türbənin üzərində isə bir erməni xaçı və bir də tuğra ucaldılıb. Türbənin memarı Kevork Özkaragöz bildirib ki, bu Dolmabahce sarayının portalından köçürülmüş Əbdülməcid tuğrasıdır.
Buradaca Balyanların 150-dən çox memarlıq işlərindən 40-nın adları xatırladılır. Çırağının memarı Krikor Balyan, Beyazıt Yanğın Qülləsin memarı Senekerim Balyan, Dolmabahçe Sarayının memarı Garabet Balyan, Bezm-i Alem Valide Sultan məscidinin memarı Niqoğayos Balyan, Beylerbeyi Sarayının memarı Sarkis Balyan…
Tavit Aynalı deyir ki, Osmanlı imperiyası 600 il sürübsə, bunun 200 ilində Balyanlar olub.