İran yazıçısı daşqalaq hekayəsinə görə uzun müddətli həbs cəzası alıb

Daşqalaq beynəlxalq aləmdə tənqidlə qarşılanır Fotonun müəllifi Getty Images
Image caption Daşqalaq beynəlxalq aləmdə tənqidlə qarşılanır

Yazıçı və insan haqları fəalını İranda daşqalaq hekayəsinə görə altı il həbs cəzası gözləyir.

Golrox Ebrahimi İrayi hələ çap edilməmiş hekayəsinə görə həbsdədir.

Yazıçı "İslam müqəddəslərini təhqir etməkdə" və "sistemə qarşı təbliğatda" ittiham olunur.

Amnesty International ittihamı "cəfəng", məhkəməni "gülünc" adlandırıb.

İranda daşqalaq qurbanlarının üzərinə ölənədək daş parçaları atılır. Ölkədə adətən qadınlar zinaya görə bu cür edama məhkum edilirlər.

Xanım İrayinin hekayəsində "Sorayanın Daşqalaq edilməsi" filminə baxan bir gənc qadının emosional reaksiyası və qəzəbindən Quranı yandırmasından bəhs edilir.

İran rəsmiləri əsəri 2014-cü ilin sentyabr ayında, yazıçı və ictimai fəal olan əri Araş Sadeqinin həbsi zamanı aşkar ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş