Özbəkistan: futbolçuların pambıq yığması istehza ilə qarşılanıb

FC Andjon players harvesting cotton, Oct 2016 Fotonun müəllifi FCANDIJON.UZ
Image caption FK Andjon pambıq yığımında iştirak edir

Özbəkistanın Andijon klubunun futbolçularını pambıq yığımına göndərməsi sosial mediada istehzaya səbəb olub.

Özbəkistanın şərqindən olan Andijon klubu milli liqada ən aşağı yerdədir və çempionatın bitməsinə cəmi altı oyun qalıb. Komanda üzvlərinin pambıq yığarkən çəkdirdiyi şəkillər heç də onlara başucalığı gətirməyib, Tribuna.uz idman saytı yazır.

FK Andijon şəkilləri saytlarında və sosial mediada yaymaqla ictimai ruh nümayiş etdirmək istəyib.

"Pambıq yığımında məşqçilər və futbolçular çiyin-çiyinə işləyirlər", klub bildirib.

Özbəkistanın dövlətə məxsus pambıqçılıq təsərrüfatı heç də FK Andijondan yaxşı vəziyyətdə deyil və hökumət müntəzəm olaraq müəllim, həkim və digər dövlət qulluqçularını pambıq yığımına göndərir.

Hətta aktyor və müğənnilər də hakimiyyətə yaranmaq üçün pambıq yığımında iştirak edir və ya fəhlələrin önündə çıxış edirlər.

Lakin bu plan idmançıların işinə yaramayıb. "Andijon futbolçuları pambıq yığımında iştirak ediblər. Onlar öz peşələrini və əsl yerlərini tapıblar", jurnalist Elmurod Ermatov Twitter-də yazır.

Bəzi sosial media istifadəçiləri hətta milli komandanın da İrana məğlubiyətdən sonra pambıq yığmasını təklif ediblər.

Fotonun müəllifi Twitter
Image caption "Onlar öz peşələrini tapıblar", Elmurod Ermatov deyib.

Bu barədə daha geniş