14 yaşlı şagird siqaret çəkdikdən sonra ölüb

siqaret Fotonun müəllifi Getty Images

Tatarıstanda 14 yaşlı uşaq siqaret çəkmək nəticəsində yaranmış ürək tutmasından ölüb, tibbi ekspertizaya istinadla regional prokurorluq bildirir.

"9-cu sinif şagirdi nikotinlə zəhərlənmə fonunda yaranan ürək tutması nəticəsində ölüb", - Tatarıstan prokurorluğun böyük müşaviri Ruslan Qaliyev bildirib.

Hadisə barədə ilk xəbər Rusiya İstintaq Komitəsi tərəfindən oktyabrın 18-də yayılıb.

Zelenodolsk rayonundakı Nurlatı kəndinin sakinin hüşunu itirərək ölməsi barədə məlumatda onun narkotik maddələrlə zəhərləndiyi qeyd olunurdu.

Prokurorluq həddi-buluğa çatmamış şəxsi narkotiklərin istifadəsinə sövq etmə ittihamı ilə bağlı açdığı işi bağladığını bildirir.

Nəzarət orqanı cinayət işinin tələsik və əsassız açıldığını bildiriblər.