Rusiya: helikopter qəzasında 19 nəfər həlak olub

Helikopter

Şəklin mənbəyi, МЧС России

Şəklin alt yazısı,

Qəza helikopterin Krasnoyarsk vilayətindəki Suzum yatağından Urenqoy qəsəbəsinə yollanarkən baş verib.

Rusiyanın şimalında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan 22 nəfərdən 19-u həlak olub.

Fövqəladə Hallar Nazirliyi (FHN) qəzada xəsarət almış 3 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirir.

Qəza helikopterin Krasnoyarsk vilayətindəki Suzum yatağından Urenqoy qəsəbəsinə yollanarkən baş verib.

Cümə günü göyərtəsində 19 sərnişin və 3 heyət üzvü olan Ми-8 helikopteri Urenqoy qəsəbəsindən 70 kilometr məsafədə yerləşən ərazi üzərində qəzaya uğrayıb.

"Qəza-axtarış işlərinin gedişatında 19 adamın cəsədi aşkar olunub", - rəsmi məlumatda deyilir.

Ural istintaq komitəsində faktla bağlı cinayət işi açılıb.

Hazırda 3 versiya nəzərdən keçirilir. Bunlar pis hava şəraiti, texniki qüsur və istismar qaydalarının pozulmasıdır.

Hadisə yerində "qara qutuların" axtarışı üzrə əməliyyat davam etdirilir.