Suriya: Hələbdə "sonuncu atəşkəs" başa çatır

Hələb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Fətah əl-Şam Cəbhəsi qiyamçı qrup tərəfindən paylaşılmış bu fotoda Hələbin qərbində hökumət qüvvələrinə "bomba atıldığı" görünür

Rusiya və Suriya hökumət qüvvələri qiyamçılara və mülkilərə Hələbin işğal altında qalan ərazilərindən çıxmaq üçün verilən vaxt bitmək üzrədir.

10 saatlıq müddətdə qiyamçılar təklifi rədd edib və mühasirəni qırmaq üçün əks-hücumları davam etdiriblər. Belə hiss olunur ki, heç kim atəşkəs dəhlizlərindən istifadə etməyib.

Rusiya bu müddətin qiyamçılara şəhərin şərqini təhlükəsiz tərk etmək üçün sonuncu şans olduğunu bildirib.

İntensiv bomba hücumlarına görə, bu ərazidə 250 min insan yeməksiz və tibbi yardımsız qalıb.

Hələbdəki BBC müxbiri deyir ki, şəhərdə döyüşlər daha da gərginləşir, çünki hökumətin əraziləri qaytarmaq istəyi olasa da, hadisələr onların nəzarəti altında deyil. Həmçinin qiyamçılar da bu böyük Suriya şəhərində istinadgahlarını itirmək istəmirlər.

Rusiya və Suriya höküməti təxliyyə üçün "humanitar fasilə" dedikləri zamanı ikinci dəfədir ki verir. Bundan əvvəl, oktyabr ayında verilmiş üç günlük fasilə zamanı, atəşkəs birtərəfli olduğundan demək olar heç kim şəhəri tərk etməmişdi.

Hələbin qərbində qiyamçılar hücumları intensivləşdirib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Hələbin qərbində qiyamçılar hücumları intensivləşdiriblər

Hələbdə partlayış

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Cümə axşamı Hələbdə minomyot partlayışı olub

Rusiyanın müdafiə naziri söyləyib ki qiyamçılar iki dəhlizdən istifadə edərək saat 9-dan axşam 7-dək silahları ilə birgə şəhəri tərk edə bilərlər.

Atəşkəs sona çatdıqdan sonra Rusiya və Suriyanın hərbi təyyarələrinin hücumları bərpa edəcəyi gözlənilir.