Nə Trump nə də Clintondan "yaxşı bir şey gözləmirəm"

Nə Trump nə də Clintondan "yaxşı bir şey gözləmirəm"

ABŞ-da prezident seçkiləri üzrə gərgin kampaniya ardınca seçicilər yekun qərarını verməyə hazırlaşırlar.

Seçki kampaniyasında əsas rəqabət Donald Trump və Hillary Clinton arasında gedib.

Dünya boyunca bir çox adam kimin qalib gələcəyini maraqla gözləyir.

Bəs görəsən Yerevanda ABŞ prezidenti postunda kimi görmək istəyirlər?

BBC müxbiri Aleksey Manvelyan bu sualla Yerevan sakinlərinə müraciət edib.